Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-452/2024 14.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, Borclu iştirakı ilə, Borclu məcburi gətirilməsi barədə Qaradağ rayon İcra şöbəsinin icra məmuru İlkin Məmmədovun təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2806/2022 saylı, 06 aprel 2022-ci il tarixli qətnaməsi üzrə 09 sentyabr 2022-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən, iddiaçı Tələbkar övladları-xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 ilə hər həftənin bazar günü saat 10:00-dan saat 15:00-dək görüş vaxtı müəyyən edilmişdir. Qaradağ rayon İcra şöbəsinin icra məmuru İlkin Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Qaradağ rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsini xahiş etmişdir. Təqdimata görə, icra sənədi icra məmurunun icraatına xx.xx.2022-ci il tarixdə daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş, lakin edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Bu səbəbdən o, təqdimatla məhkəməyə müraciət edərək məhkəmədən təqdimatın təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Borclu izahat verərək bildirdi ki, təqdimata etiraz edir. Belə ki, onun yaşadığı ünvana Qaradağ rayon İcra şöbəsinə çağırılması haqqında hər hansı bildiriş, xəbərdarlıq məktubu təqdim edilməmiş, habelə onun mobil telefon nömrəsinə hər hansı smsbildiriş göndərilməmişdir. Qeyd olunanlara əsasən, təqdimatın təmin olunmaması barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə izahatı dinləyib, iş materiallarını araşdıraraq müəyyən edir ki, könüllü icra barədə bildirişin və Qaradağ rayon İcra şöbəsinə çağırılması haqqında xəbərdarlığın borcluya təqdim olunması (çatdırılması) barədə hər hansı sübut təqdimata əlavə edilməmişdir. Həmçinin, həmin sübutlar icra işinin materiallarında da mövcud deyildir. Bu səbəbdən borclunun icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayındığını hal-hazırda müəyyən etmək mümkün deyildir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 1-1-ci maddəsinə əsasən, icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №8(002)-452/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-452/2024
14.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver