Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-459/2025 16.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi ilə, Tələbkar alimentin indeksasiyası barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Tələbkar alimentin indeksasiyası barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1972/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Daha sonra tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin və ona əlavə edilən sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilən sənədləri, tələbkarın həmin ərizənin geri qaytarılması barədə sonuncu ərizəsini araşdıraraq müəyyən edir ki, ərizə ilə müraciət etmiş tələbkar tərəfindən həmin ərizənin geri qaytarılması xahiş edildiyindən, ərizə və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, habelə Azərbaycan Respublikası MPM-nin 13.4, 152.1.9, 231.1-ci maddələrini rəhbər tutaraq məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər tələbkara geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 13.4, 152.1.9, 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Tələbkar alimentin indeksasiyası barədə ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №8(002)-459/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-459/2025
16.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver