Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-466/2022 12.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Fuad Ələsgər oğlu Hüseynovun sədrliyi, Amil Rəfayıl oğlu Mirzəliyevin katibliyi ilə, Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru Səbuhi Bağırovun Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Abşeron Rayon Məhkəməsinin 2(012)-4278/2019 saylı, 04 fevral 2019-cu il tarixli qətnaməsi üzrə 17 fevral 2020-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən "xxxx" MMC, X1 və Borclu müştərək qaydada 69900 manat məbləğində pul və dövlət rüsumuna görə 20 manat, cəmi 69920 manat məbləğində pul tutulub Tələbkar verilməlidir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi xx.xx.2020-ci il tarixində Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə birgə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin icrasının könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü icra edilmədiyi üçün borclunun əmlak vəziyyəti “Elektron İcra” informasiya sistemi vasitəsilə yoxlanılmış, borcluya məxsus “Hyundai Grandeur” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmiş və Qaradağ Rayon Məhkəməsinin 8(002)-247/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə həmin avtomobilin üzərinə həbs qoyulmuşdur. Həmçinin həmin avtomobilin "xxxx" ASC-də girovda olduğu və Qaradağ Rayon Məhkəməsinin 2(002)-1576/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən icra işinin olduğu müəyyən edilmişdir. Eyni zamanda icra məmurunun xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin avtomobil barədə axtarış elan edilmiş və icra olunması üçün BDYPİ-nə göndərilmişdir. Lakin hazırki vaxtadək borclu şəxsin və ona məxsus avtomobilin axtarışı ilə bağlı görülən tədbirlər nəticə verməmişdir. İcra sənədinin icrasından yayınan borclunun ölkə xaricinə çıxması icra sənədinin icrası istiqamətində hərəkətlərin davam etdirilməsinə mane ola bilər. Bu səbəbdən Qaradağ rayon İcra şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmə icra məmurunun təqdimatına əlavə etdiyi sənədləri, o cümlədən borclunun şəxsən qəbul etdiyi tələbin könüllü icrası barədə bildirişin surətini tədqiq edərək, borclunun tələbkarın xeyrinə borcunu ödəmək öhdəliyini icra etməkdən yayınmasını nəzərə alaraq belə qənaətə gəlir ki, Borclu barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatı təmin olunmalıdır. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-269-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin olunsun. xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olan, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Hakimi : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №8(002)-466/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-466/2022
12.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver