Məhkəmə qərarları › İş №8(002)-467/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-467/2024

28.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-467/2024 28.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, X8nun iştirakı ilə, X8nun avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X8 avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 may 2024cü il tarixli, 8(002)-179/2024 saylı qərardadı ilə ona məxsus olan “QAZ 33021” yük markalı, **-FV- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı X8 izahat verərək bildirdi ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 8(002)-179/2024 saylı qərardadı ilə X14 məxsus "ZİL MMZ 45021" yük markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı, “QAZ 33021” yük markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” minik markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır. Həbs qoyulan avtomobillərdən “QAZ 33021” yük markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobili o, xx.xx.2024-cü il tarixli baş etibarnamə əsasında Şamaxıda 5500 manata X6 almışdır, o vaxtdan həmin avtomobil və onun texniki pasportu özündədir. U.Malıyev də avtomobili etibarnamə əsasında X10 almışdır. Hər iki şəxs ərizə ilə məhkəməyə müraciət edərək bu faktı təsdiq etmişlər. Borclu S.Hüseynovu isə ümumiyyətlə tanımır, onun borcuna hər hansı aidiyyəti yoxdur. Avtomobili baş etibarnaməyə əsasən satın aldıqdan sonra avtomobildə texniki nasazlıq olduğundan, onu qeydiyyata saldırmaq üçün vaxt və imkan tapa bilməmişdir. Avtomobilin ona məxsus olduğunu avtomobili satan şəxslə yanaşı onu tanıyan hərkəs təsdiq edə bilər. Bu barədə qonşular tərəfindən tərtib edilmiş aktı məhkəməyə təqdim etmişdir. Bir daha qeyd edir ki, o, vicdanlı alıcı olmaqla həmin avtomobili pul ödəməklə satın almış, sadəcə olaraq alqı-satqı, praktikada geniş tətbiq olunduğu kimi, etibarnamə ilə rəsmiləşdirilmişdir. Onun borcluya və sonuncunun borcuna heç bir aidiyyəti olmadığı halda, hazırda satın aldığı avtomobilin üzərinə qoyulmuş həbsə görə hüquqları kobud şəkildə pozulmuşdur. Avtomobil onun yeganə qazanc mənbəyidir, avtomobillə yük daşımaqla ailəsini dolandırır, avtomobilin üzərinə həbs qoyulduğuna görə hazırda bazarda araba ilə yük daşımağa məcbur olmuşdur. Qeyd olunanlara əsasən, ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş edir. Borclu, tələbkar və Qaradağ rayon İcra şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 231.2-ci maddəsinə əsasən, ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X15 ifadə verərək bildirdi ki, o, ərizəçinin qonşusudur. Ərizəçi mübahisəli avtomobili təxminən 2024-cü ilin aprel ayında Şamaxıdan 5500 manata almışdır, həmin avtomobil ərizəçinin gəlir mənbəyidir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X11 ifadə verərək bildirdi ki, o, ərizəçinin həm qonşusu, həm də iş yoldaşıdır. Ərizəçi mübahisəli avtomobili təxminən 2024-cü ilin aprel ayında Şamaxıdan 5500 manata almışdır, həmin avtomobil ərizəçinin yeganə gəlir mənbəyidir, avtomobilin üzərinə həbs qoyulduğuna görə ərizəçi hazırda bazarda araba ilə yük daşımağa məcbur olmuşdur. Məhkəmə izahatları və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında ƏN-İX № 343639 saylı xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, X13 adından X29 “QAZ 33021” yük markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı xx.xx.2025-cü il tarixədək X2 hüququ olduqda idarə etmək, bağışlamaq, ipotekaya qoymaq, qeydiyyata salmaq, sərəncam vermək, digər hərəkətlər etmək, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri qeyd olunmaqla etibarnamə vermişdir. Eibarnamə Şamaxı regional ASAN Xidmət Mərkəzinin notariat ofisində təsdiq edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “QAZ 33021” yük markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X16r. İş materiallarında olan sürücülük vəsiqəsinin surətinin surətindən görünür ki, X1 vəsiqəsinin qüvvədə olma müddəti xx.xx.2022-ci ildən xx.xx.2032-ci ilədək müəyyən edilmişdir. İş materiallarında olan Şamaxı rayonu sakini X29 tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, X5 Habil Tofiq oğlundan **-FV-*** nömrəli, QAZ 33021 markalı yük maşınını almış və həmin avtomobili X3. İş materiallarında olan X9 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanlanmış ərizəsindən görünür ki, X17 “QAZ 33021” yük markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini X12 almış və X4. İş materiallarında olan qonşular X22, X11 və X15 tərəfindən tərtib edilmiş və imzalanmış xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X25 özü üçün “QAZ 33021” yük markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini almışdır və aldığı vaxtdan hal-hazıradək sözügedən avtomobil onun istifadəsindədir. Beləliklə, məhkəmə, ərizənin dəlillərinə izahatlara, şahidlərin ifadələrinə, iş materiallarında olan yazılı sübutlara əsasən hüquqi qiymət verərək müəyyən edir ki, ərizəçi xx.xx.2024-cü il tarixdə etibarnaməyə əsasən mübahisəli avtomobil üzərində sahibliyi əldə etmiş, həmin avtomobil qeyd olunan tarixdən onun sahibliyində və istifadəsində olmuşdur. İş üzrə sübutlara, o cümlədən izahatlara, şahidlərin ifadələrinə, xx.xx.2024-cü il tarixli akta, xx.xx.2024-cü il tarixli etibarnamə üzrə səlahiyyətlərin həcminə və müddətinə əsasən, məhkəmə hesab edir ki, ərizəçi ilə mülkiyyətçinin adından çıxış edən X29 arasında xx.xx.2024-cü il tarixdə avtomobilin alqısatqısına dair razılaşma olmuş, lakin həmin əqd yalan əqd mahiyyətində olan etibarnamə ilə pərdələnmişdir. Nəticə etibarilə, mübahisəli avtomobilin üzərinə həbsin qoyulması, avtomobilin sahibliyini göstərilən qaydada, yəni avtomobil alqı-satqısı ilə bağlı praktikada geniş yayılmış şəkildə yalan əqd mahiyyətində olan etibarnamə ilə əldə etmiş, işdə iştirak etməyə cəlb edilməyən ərizəçinin hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, ərizə əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 1-1-ci maddəsinə əsasən, icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Həmin Qanunun 45.7-ci maddəsinə əsasən, tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən, daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur. Həmin Məcəllənin 182.1ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. Qərarda həmçinin qeyd olunmuşdur ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Yalan əqd iradə ilə onun ifadəsi arasında qəsdən uyğunsuzluğa yol verilməsi nəticəsində əmələ gəlməklə hüquq normalarının düzgün tətbiqinə də maneələr yaradır. Tərəflərin belə hüquqa zidd davranışı isə publik və ya fərdi maraqlara zərər vurulması ilə nəticələnə bilər. Beləliklə, məhkəmə müəyyən edir ki, yuxarıda sadalanan hüquq normalarının tələbləri, mübahisəli avtomobilin üzərinə qoyulmuş həbsin həmin avtomobili yalan əqd mahiyyətində olan etibarnamə ilə vicdanlı əldə edən, işdə iştirak etməyə cəlb edilməyən ərizəçinin hüquqlarını əhəmiyyətli dərəcədə pozması, həmçinin müvafiq icra sənədi üzrə borcun həcmi və borcluya məxsus bir neçə nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulduğu nəzərə alınaraq, ərizə təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 8(002)-467/2024 saylı qərardadı ilə “QAZ 33021” yük markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 263-264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 8(002)-179/2024 saylı qərardadı ilə “QAZ 33021” yük markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar