Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-467/2025 24.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Tələbkar iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2405/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin indeksasiya olunması üçün Tələbkar ərizəsinə Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2405/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş sabit pul məbləğində alimentin xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla mininmum əmək haqqının 0,61 misli həddində indeksasiya olunması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 2405/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə, Borclu xx.xx.2014-cü l təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 210 manat olmaqla iki uşağa görə cəmi 420 manat sabit pul məbləğində aliment tutularaq mənə ödənilməsi qət edilmişdir.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Tələbkar məhkəmə iclasında ərizənin təmin olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, iki yetkinlik yaşına çatmayan uşaqlardır. Borcluya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. İş materiallarından olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 2405/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, X4 ilə Borclu arasında Qaradağ rayon qeydiyyat şöbəsində xx.xx.2013-cü il tarixdə 631 saylı akt qeydi ilə bağlanmış nikah pozulması, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X5 iddiaçı X1 himayəsində və yanında saxlanılması, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq cavabdeh Borclu iddiaçı X1 xeyrinə hər ay bir uşaq üçün 210 manat olmaqla cəmi 420(dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2405/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2021ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Həmçinin, məhkəmə qeyd edir ki, hazırda ərizəçi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 saylı qərarına istinad edərək, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X5 üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2405/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təyin edilmiş sabit pul məbləğində alimentin sonrakı artımlar nəzərə alınmaqla indeksasiya olunnmasını xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir. Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşma çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarının 8.4- 2 yarımbəndində qeyd edilmişdir ki, Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). X7 görə “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 saylı qərarını əsas götürərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X5 üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2405/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tutulmuş 210 manat məbləğində alimentin miqdarının 2024-cü il üzrə müəyyən edilmiş 210 manat məbləğində minimum əmək haqqının 0,61 mislini təşkil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırda alimentin məbləğinin 2025-ci il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının-400 manat məbləğinin 0,61 misli həddində indeksasiya olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasmı həyata keçirə bilər. Beləliklə, məhkəmə 2025-ci il üzrə minimum aylıq əmək haqqının 400 manat olmasını nəzərə alınmaqla, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının məbləğinin 0,61 misli həddində sabit pul məbləğində aliment tutulsun. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2405/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün təyin edilmiş alimentin məbləği ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilərək, xx.xx.2025-ci il tarixdən başlayaraq Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının məbləğinin 0,61 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №8(002)-467/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-467/2025
24.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver