Məhkəmə qərarları › İş №8(002)-468/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-468/2024

10.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-468/2024 10.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru Abuzər Əlizadənin, Tələbkar iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(002)- 2870/2023 saylı icra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulması barədə Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru Abuzər Əlizadənin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru Abuzər Əlizadə təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus olan daşınmaz əmlakın 1/2 hissəsinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(002)-2870/2023 saylı icra sənədinə əsasən Borclu 6.500 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə elektron sistem vasitəsi ilə sorğular edilmişdir. Belə ki, «Elektron icra» informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan ünvan 1 ünvanda yerləşən evin 1/2 hissəsi olması müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru Abuzər Əlizadə məhkəmə iclasında təqdimatı müdafiə edərək, təqdimatın məzmununa uyğun izahat verdi və məhkəmədən təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etdi. Tələbkar məhkəmə iclasında təqdimata münasibətdə bildirdi ki, təqdimatı əsaslı hesab edir. Təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə borcluya məlumat verilməsinə baxmayaraq, o, naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən borclunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə icra məmurunun və tələbkarın izahatlarını dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(002)-2870/2023 saylı icra vərəqəsindən görünür ki, Borclu 6.500 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ödənilməlidir. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, yuxarıda adı çəkilən icra sənədi icraata qəbul olunmuş, icra sənədi üzrə icraat başlanılmış və könüllü icra barədə bildiriş borcluya təqdim olunmuşdur. Lakin borclu icra vərəqini könüllü icra müddəti ərzində icra etməmişdir. İcra məmuru borcludan bununla bağlı izahat almış, borcluya qanunvericiliyin tələbləri izah edilmişdir. Təqdimata əlavə olunmuş elektron portaldan çıxarışdan görünür ki, Borclu məxsus olan ünvan 2 ünvanda yerləşən evin 1/2 hissəsinin olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinə uyğun olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsində göstərilir ki, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinin tələblərinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. Əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən tələblərini nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(002)-2870/2023 saylı icra sənədi üzrə Borclu paylı mülkiyyət hüququ üzrə məxsus olan, ünvan 2 ünvanda yerləşən evin 1/2 hissəsinin üzərinə (borclunun payı həddində) həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264-cü maddə maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(002)- 2870/2023 saylı icra sənədi üzrə Borclu paylı mülkiyyət hüququ üzrə məxsus olan, ünvan 1 ünvanda yerləşən evin 1/2 hissəsinin üzərinə (borclunun payı həddində) həbs qoyulsun. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar