Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-469/2024 04.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi ilə, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2264/2024-015 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu2 mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulmasına dair Qaradağ rayon İcra şöbəsinin icra məmurunun təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru Orxan Göyüşlünün borcluya məxsus avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət edərək, Borclu2 adına qeydiyyatda olan “VOLKSWAGEN PASSAT minik" markalı, **-LT- *** dövlət qeydiyyat nişanlı avtomobili üzərinə həbs qoyulması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin e- 2(002)-2264/2024-015 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclular Borclu1 və Borclu2 6613.33 manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq Tələbkar xeyrinə ödənilməlidir.İcra sənədi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir.İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclular Borclu1 və Borclu2 icra sənədində qeyd olunan ünvanlarına göndərilmişdir.Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir.Belə ki, “Elektron icra’’ informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu2 məxsus olan “VOLKSWAGEN PASSAT minik" markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır.icra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir.Yuxarıda göstərilənləri və 'İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu2 məxsus olan “VOLKSWAGEN PASSAT minik" markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad verilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, işdə iştirak edən tərəflər məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Borclu2 məhkəmə iclasında izahatında qeyd etdi ki, bir neçə aydır işləyir. Maşın onun adına olsa, özgəsinə satmışdır. Tələbkar isə borcu birdəfəlik ödənilməsini istəyir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Qeyd olunan icra sənədi icra olunması üçün Qaradağ rayon İcra şöbəsinə göndərilmiş və icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə müvafiq icra tədbirləri həyata keçirməlidir. Təqdimata əlavə edilmiş, Bakı Şəhəri 45 saylı Notariat Kontorunun 8İ-6697 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən icraata başlanmış və 10 gün müddətində könüllü icra edilməsinə dair bildiriş borclunun ünvanına göndərilmişdir Təqdimata əlavə edilmiş elektron portal çıxarışının surətindən görünür ki, “VOLKSWAGEN PASSAT minik" markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobili Borclu2 mülkiyyətindədir. Məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu2 məxsus olan “VOLKSWAGEN PASSAT minik" markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobili üzərinə həbs qoyulmalıdır. İcra haqqında Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə əsasən, notariusun icra qeydləri icra sənədi sayılır. Həmin qanunun 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264-cü və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu2 məxsus olan “VOLKSWAGEN PASSAT minik" markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Baş Dövlət Yol Polis İdarəsinə həvalə edilsin Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №8(002)-469/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-469/2024
04.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver