Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-47/2025 18.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(002)- 1575/2024 saylı icra sənədinə əsasən Borclu məcburi gətirilməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Əhmədzadənin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(002)- 1575/2024 saylı icra sənədinə əsasən ödənilmiş 50 manat dövlət rüsumu cavabdeh Borclu iddiaçı Çetal Mehmetin xeyrinə tutulmalıdır. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Əhmədzadə təqdimatla məhkəməyə müraciət edərək, həmin icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(002)-1575/2024 saylı icra sənədinə əsasən ödənilmiş 50 manat dövlət rüsumu cavabdeh Borclu iddiaçı Çetal Mehmetin xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2024-cü il tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən olunmuş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən – Bakı şəhəri Qaradağ rayonu Lökbatan Ərazi Dairəsi Lökbatan qəsəbəsi 4-cü massiv 64 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. xx.xx.2025-ci il tarixdə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsində nəzərdə tutulmuş qərar qəbul edilərək, Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Bu səbəbdən, məhkəmədən Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Borclu məhkəmə iclasında təqdimatı qəbul etmədi və izahatında bildirdi ki, o, icra sənədində qeyd olunan ünvanda qeydiyyatda olsa da, uzun müddətdir ki, tam başqa ünvanda yaşayır. Bu səbəbdən, bildiriş və s. sənədlər ona təqdim olunmamışdır. Əgər icra vərəqəsinin icra edilməsinə dair bildiriş ona təqdim edilsəydi, icra sənədini icra edərdi. O, heç vaxt icra sənədini icra etməkdən imtina etməmişdir. Faktiki yaşadığı yer və telefon nömrəsi barədə məlumatları təqdim etməklə, təqdimatın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etdi. İş üzrə tələbkara və icra məmuruna məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, borclunun izahatını dinləyib, təqdimatı və ona əlavə olunmuş materialları araşdıraraq, hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilə bilməz. Belə ki, təqdimata əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(002)-1575/2024 saylı icra sənədindən görünür ki, ödənilmiş 50 manat dövlət rüsumu cavabdeh Borclu iddiaçı Çetal Mehmetin xeyrinə tutulmalıdır. Qaradağ rayon İcra şöbəsinin 19 dekabr 2024-cü il tarixli qərarından görünür ki, icra sənədi xx.xx.2024-cü il tarixdə icra məmurunun icraatına qəbul edilmişdir. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli bildirişinin surətindən görünür ki, Borclu icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması xahiş edilmişdir. Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 77 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Borclu ünvan 2 ünvanında qeydiyyatsız yaşayır. Bildiriş borclunun qeydiyyatda olduğu Bakı şəhəri Qaradağ rayonu Lökbatan Ərazi Dairəsi Lökbatan qəsəbəsi 4-cü massiv 64 ünvanına göndərilmişdir. Təqdimata digər sənədlər əlavə olunmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsində göstərilir ki, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə vurğulayır ki, təqdimata müvafiq bildirişin borcluya rəsmi şəkildə göndərilməsi, həmin bildirişin borcluya rəsmi şəkildə təqdim edilməsinə dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Belə ki, Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 77 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Borclu uzun müddətdir ki, qeydiyyatda olduğu ünvanda yaşamadığından, faktiki olaraq digər ünvanda yaşadığından icra məmurunun qərarı və bildirişi ona təqdim olunmamışdır. Bu səbəbdən, icra sənədi ilə bağlı icra məmurunun hərəkətlərindən məlumatsız olmuşdur. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(002)-1575/2024 saylı icra sənədinə əsasən Borclu məcburi gətirilməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Əhmədzadənin təqdimatı təmin edilə bilməz. Şərh olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(002)- 1575/2024 saylı icra sənədinə əsasən Borclu məcburi gətirilməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Əhmədzadənin təqdimatı təmin edilməsin. Qərardaddan, onun rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №8(002)-47/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-47/2025
18.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver