Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-476/2024 04.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi ilə, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 8(002)-451/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Borclu əmlakı (avtomobili) üzərinə qoyulmuş həbsin götürülməsinə dair Qaradağ rayon İcra şöbəsinin icra məmuru Səbuhi Əhmədzadənin təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin icra məmuru Səbuhi Əhmədzadə avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət edərək, Borclu adına qeydiyyatda olan “MİTSUBİSHİ PAJERO-İO” minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul olumasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin e- 2(002)-2596/2024-012 nömrəli xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Borclun 309.91 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qaradağ Rayon Məhkəməsinin 8(002)-451/2024 saylı, 07.11,2024cü il tarixli qərardadı ilə Borclu məxsus olan “VAZ 21154” minik markalı. **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə cavabdeh üzərinə düşən öhdəlik tam olaraq təmin edildiyindən xx.xx.2024-cü il tarixli qərarla icra sənədi üzrə icraata xitam verilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinin tələblərim rəhbər tutaraq icra işi üzrə görülmüş icra tədbirləri ləğv edilməlidir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2596/2024- 012 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsi icra edilmiş və icra sənədi üzrə icraata xitam verilmişdir. Odur ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-451/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu adına olan “VAZ 21154” minik markalı, **- MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, işdə iştirak edən digər tərəflər məhkəmə iclasına gəlməmişlər və məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdıraraq, borclunun ifadəsini dinləyərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, təqdimata əlavə edilmiş Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin e- 2(002)-2596/2024-012 nömrəli xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Borclu 309.91 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş Bakı şəhəri Qaradağ rayon icra şöbəsinin icraatında olan Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 8(002)-451/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu məxsus olan “VAZ 21154” minik markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Təqdimata əlavə edilmiş Qaradağ rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi barədə qərarından görünür ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2596/2024-012 nömrəli xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə borc Borclu tərəfindən tam ödənildiyindən icraata xitam verilmişdir. İcra haqqında Azərbaycan Respublikasının qanununun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icraata xitam verilir. Məhkəmə hesab edir ki, Qaradağ Rayon Məhkəməsinin 8(002)-439/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən “VAZ 21154” minik markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264-cü və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-451/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Borclu adına qeydiyyatda olan “VAZ 21154” minik markalı, **- MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv olunsun. Qərardadın surəti icra edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə göndərilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №8(002)-476/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-476/2024
04.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver