Məhkəmə qərarları › İş №8(002)-477/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-477/2022

17.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-477/2022 17.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ X1 Hüseynovun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi ilə, Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru Səbuhi Bağırovun daşınar əmlak (avtomobil) üzərinə həbs qoyulması barədə təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1803/2022 saylı, 29 iyun 2022-ci il tarixli qətnaməsi üzrə xx.xx.2022-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən cavabdeh Borclu su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış 1805,40 manat borc tutularaq **********330 saylı abonent koduna, habelə ödənilmiş 38,06 manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru Səbuhi Bağırov təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu adına rəsmiləşdirilmiş “DAEWOO NEXİA” minik markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21074” minik markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru Səbuhi Bağırov təqdimatını onunla əsaslandırmışdır ki, icra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron İcra” İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, “DAEWOO NEXİA” minik markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21074” minik markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobillər Borclunın adına qeydiyyata alınmışdır. Qeyd olunan borc məbləği ödənilmədiyindən o, göstərilən təqdimatla məhkəməyə müraciət etmiş və məhkəmədən təqdimatın təmin olunmasını xahiş etmişdir. İş materiallarında olan “Elektron İcra” İnformasiya Sistemindən çıxarışdan görünür ki, Borclu adına “DAEWOO NEXİA” minik markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21074” minik markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobillər qeydiyyatda vardır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Bütün göstərilən halları və təqdimata əlavə edilən sənədləri, o cümlədən borclunun şəxsən qəbul etdiyi könüllü icra barədə bildirişin surətini nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 263 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus “DAEWOO NEXİA” minik markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21074” minik markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulsun. Qərardad icra olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Hakimi : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar