Məhkəmə qərarları › İş №8(002)-478/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-478/2022

12.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-478/2022 12.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X1 oğlunun katibliyi, Tələbkarın iştirakı ilə, Borclu şəxs "xxxx" MMC tərəfindən verilmiş "qətnaməsinin hissə-hissə icra edilməsi" barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Borclu şəxs ərizə ilə məhkəməyə müraciət edərək, qətnaməsinin hissə hissə icra edilməsinə, "xxxx" MMCə ödənilmiş 45000 manat,dəymiş zərərə görə 20000 manat pulun tutulması dair qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı Tələbkar cavabdeh "xxxx" MMC-ə qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi,vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,onunla "xxxx" firması arasında bağlanmış tarixsiz icarə müqaviləsinin etibarsız hesab edilməsi,onun tərəfindən ödənilmiş 45000 manat,dəymiş zərərə görə 20000 manat,əldən çıxmış faydaya görə 135000 manat pulun və mənəvi ziyana görə 20000 manat pulun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-198/2020 saylı,08 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş,iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsi etibarsız hesab edilmiş,iddiaçı tərəfindən cavabdehə icarə ödənişi qismində ödənilmiş 45000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi,iddianın qalan hissədə rədd edilmişdir.Qətnamədən həm iddiaçı,həm də cavabdeh apelyasiya şikayəti vermişlər.İddiaçı apelyasiya şikayətində iddia tələbində göstərdiklərinə istinad edərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.Cavabdeh isə qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsinin xahiş etmiş,şikayətini onunla əsaslandırmışdır ki,iddia müddəti keçməsinə baxmayaraq,məhkəmə qanunsuz və əsassız olaraq iddianı qismən təmin etmişdir.Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6737/2020 nömrəli iş üzrə 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməmiş,birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.İddiaçı həmin qətnamədən verdiyi kassasiya şikayəti Ali Məhkəmənin 2(102)-2729/2021 saylı,xx.xx.2021-ci il tarixli qərarı ilə qismən təmin edilərək,Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6737/2020 saylı,13 oktyabr 2020-ci il tarixli qətnaməsi qismən-dəymiş maddi zərərə görə 20000 manat pulun tutulması tələbinin təmin olunmaması hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılmış,qətnamə əldən çıxmış faydaya görə 135000 manat pulun və mənəvi ziyana görə 20000 manat pulun tutulması tələblərinin təmin olunmaması hissələrində dəyişdirilmədən saxlanılmışdır.Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-8069/2021 saylı qətnaməsinə əsasən,iddiaçı Tələbkar tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmuş,Qaradağ rayon Məhkəməsinin 2(002)-198/2022 saylı,08 iyun 2020-ci il tarixli qətnaməsi yoxlanılan,yəni “dəymiş maddi zərərə görə 20000 manat pulun tutulması tələbi” hissəsində ləğv edilərək,həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş,iddia tələbi həmin hissədə təmin edilməklə,cavabdeh "xxxx" MMCdən 20000 manat alınaraq iddiaçı Tələbkar ödənilməsi,məhkəmə xərclərinin cavabdehə aid edilməsi qət edilmişdir.Həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir.Hal-hazırda Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icraatında qeyd edilən 2(103)-8069/2021 saylı icra sənədi üzrə icra hərəkətlərinə başlanılmışdır.”Arazavia” MMC Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan ŞTQ,Lökbatan qəsəbəsinin cənubşərqində “Binə” Ticarət Mərkəzində öz fəaliyyətini göstərir.Fəaliyyətinin əsasını ticarət köşklərinin icarədarlara icarəyə verilməsi və gəlir əldə edilməsi təşkil edir. Tələbkar məhkəmə iclasında iştirak edərək,borcun hissə-hissə icra olunmasına razı olmadığını,borclunun imkanı olduğu bildirdi. İcra məmuru və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən təqdimata borclu şəxsin və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, borclu qətnamənin hissə-hissə icra olunmasına dair tələbini müvafiq məhkəmə qətnaməsi ilə qət edilmiş məbləği birdəfəlik ödəmək iqtidarında olmaması kimi hallarla əlaqələndirsə də, istinad etdiyi həmin hallara hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bununla da, məhkəmə tərəfindən borclu tərəfindən müvafiq qətnamənin icrasına çətinlik törədən və ya borclu üçün yaranmış əlverişsiz halların olmasına, başqa sözlə qətnamənin hissə-hissə icra olunmasına əsas verən müstəsna halın olmasını, habelə bununla bağlı tələbkarın razılığının olmasını müəyyən etmək mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, tələbkarın mənafeyi nəzərə alınmaqla, borclu tərəfindən verilmiş ərizə təmin edilməməlidir. Beləliklə, məhkəmə qeyd olunan normaları əsas tutaraq, habelə borclu ilə yanaşı tələbkarın mənafeyini nəzərə alaraq, habelə qətnamənin hissə-hissə icra edilməsi üçün müstəsna halın olub-olmamasının müəyyən edilməsinin mümkün olmamasını əsas götürərək, hesab edir ki, borclu şəxsin qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Borclu şəxs "xxxx" MMC tərəfindən verilmiş "qətnamənin hissə-hissə icra edilməsi" barədə ərizə təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar