Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-480/2024 02.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Fuad Ələsgər oğlu Hüseynov "xxxx" MMC-nin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3103/2023 saylı, xx.xx.2024-cü il nömrəli icra vərəqəsi üzrə icraata xitam verilməsi barədə ərizəsini nəzərdən keçirib, MÜƏYYƏNETDİM: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3103/2023 saylı, 22 dekabr 2023-cü il tarixli qətnaməsi üzrə 21 noyabr 2024-cü il tarixdə verilmiş icra vərəqəsinə əsasən, iddiaçı X1 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə faktiki işlədiyi bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-yə həvalə edilməli, mediasiya xərcinə görə 20 manat, hüquqi yardıma görə 80 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı X2 ödənilməlidir. xx.xx.2024-cü il tarixdə "xxxx" MMC Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)- 3103/2023 saylı, xx.xx.2024-cü il nömrəli icra vərəqəsi üzrə icraata xitam verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, həmin icra vərəqəsi üzrə X2 ödənilməli olan 7261,93 manat ödənişin "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə ödənildiyinin nəzərə alınaraq, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3103/2023 saylı, 21 noyabr 2024-cü il tarixli icra vərəqəsi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizəni nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalı, ərizəçiyə qanunamüvafiq qaydada həmin ərizə ilə aidiyyəti üzrə İcra şöbəsinə müraciət etmək hüququ izah olunmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda, icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, icra xidmətinin icra məmuru icra ilə əlaqədar aşağıdakı vəzifələri yerinə yetirir: icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür; icrada iştirak edən tərəflərin icraya dair ərizə və vəsatətlərinə müəyyən olunmuş müddətdə baxır, müvafiq qərar qəbul edir, onlardan şikayət vermək müddətini və qaydasını izah edir və s. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 13.4, 152.1.6, 263-269-cu maddələrini rəhbər tutub, QƏRARAALDİM: "xxxx" MMC-nin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3103/2023 saylı, xx.xx.2024-cü il nömrəli icra vərəqəsi üzrə icraata xitam verilməsi barədə ərizəsi geri qaytarılsın. "xxxx" MMC-nə izah olunsun ki, onun qanunamüvafiq qaydada həmin ərizə ilə Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №8(002)-480/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-480/2024
02.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver