Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-489/2022 20.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X3 oğlunun katibliyi, Borclu, Tələbkar iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1707/18 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Qaradağ Rayon İcra şöbəsinin İ dərəcəli ədliyyə qulluqçusu X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinin İ dərəcəli ədliyyə qulluqçusu X1 borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət edərək, Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1707/18 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən,xx.xx.1966-ci ildə Salyan şəhərində anadan olmuş və Qaradağ rayonu,Müşfiqabad Qəs,ev 5D,mənzil 71 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 44812 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir.İcra sənədi icraata xx.xx.2018-ci il tarixdə daxil olmuş və tələbin könüllü icrası haqqında borcluya bildiriş və qərar göndərilmişdir.İcraata başlamaq haqqında qərar qəbul edilərək,qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş,icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir.Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir.Bu səbəbdən də icra məmuru Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Tələbkar məhkəmə iclasında iştirak edərək,ərizəni müdafiə edərək,borcludan borcunu ödəməyini tələb etmiş və heç bir ödəniş olunmadığını, tək istədiyinin borcunun qaytarılması olduğunu bildirmişdir. Borclu məhkəmə iclasında iştirak edərək, izahat verərək, öz izahatında icra sənədi barədə məlumatlı olduğunu, borcunu ödəməkdən yayınmadığını, borcu hissə-hissə ödüyəcəyini bildirmiş, təqdimatın təmin edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. İcra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və məhkəməyə gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən təqdimata icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdimatı və materialı araşdıraraq hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Belə ki,iş materiallarından görünür ki, müvafiq icra sənədi üzrə Borclu 44812 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq Tələbkar ödənilməsi qeyd eidlmişdir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfındən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafıq icra hakimiyyəti orqanına məlumat verilir. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın: 2.1. Məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. 2.2. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; [6] 2.2.2. icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; 2.2.3. borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olubolmamasını yoxlayır. İcra haqqında qanunvericiliyin tələbindən görünür ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tədbiri o halda tətbiq olunur ki, borclu icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınmış olsun. Həmçinin, bununla bağlı verilmiş təqdimat əsaslandırılmış olsun. Təqdimat və ona əlavə edilmiş sənədlərdən görünür ki, icra məmuru tərəfindən Borclunun həmin icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin səbəblərinə, habelə borclu şəxsin əmlakının axtarılması, habelə həmin tələbin yönəldilə biləcəyi əmlaklarının olub-olmamasının müəyyən edilməsi ilə bağlı hər hansı tədbirin həyata keçirilməsinə və görülmüş məcburi icra tədbirlərinin nəticələrinə dair heç bir sübut iş materiallarına əlavə edilməmişdir.Həmçinin, məhkəmə araşdırması zamanı da borclu şəxsin müvafiq icra sənədini üzrsüz səbəbdən icra etməməsi halını müəyyən etmək mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında icra məmurunun təqdimatı əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №8(002)-489/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-489/2022
20.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver