Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-50/2023 14.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X4 oğlunun katibliyi, Tələbkar X1 iştirakı ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3667/2020-007 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası məqsədi ilə Borclu Qaradağ Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsinə dair Bakı Şəhəri Qaradağ Rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Əhmədlinin təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-3667/2020-007 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borcludan Qaradağ Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3667/2020-007 nömrəli, xx.xx.2020-ci il tarixli qərarına əsasən xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, ümumilikdə 340 manat məbləğində aliment cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclunın icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmış, bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Qeyd olunan halları nəzərə alaraq təqdimatın təmin edilməsi barədə qərardad çıxarılması məhkəmədən xahiş edilir. Tələbkar məhkəmə iclasında təqdimatın məzmununa və dəlillərinə uyğun izahat verərək, borclunun iki uşağa görə 340 manat aliment ödəməli olduğunu, həmin alimentin miqdarında 2022-ci ilin sentyabr ayından bu günədək heç bir ödəniş edilməsiyini bildirərək təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Borcluya və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaq, icra məmuru və borclu məhkəmə iclasına gəlməmiş və məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın izahatını dinləyib, təqdimatı və ona əlavə olunmuş sənədləri, eləcə də iş üzrə e123678/2020-34-6-001 nömrəli İcra İşinin materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olmaqla təmin edilməlidir. Belə ki, qeyd edilən sənədlərə əsasən işin faktiki halları bundan ibarətdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3667/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, ümumilikdə 340 manat məbləğində alimentin cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Bakı şəhər Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədli tərəfindən xx.xx.2020-ci il tarixli "İcraata başlamaq haqqında" qərar qəbul edilərək, tələbin könüllü icrası barədə borcluya bildiriş ünvanlanmış, Borclu həmin bildirişi xx.xx.2022-ci il tarixdə imzalayaraq qəbul etmiş və hazırkı icra sənədi ilə əlaqədar icra şöbəsində olaraq yazılı izahat verərək, icra sənədini icra etmədiyi halda barəsində məcburi icra tədbirlərinin tətbiq olunacağı, inzibati və daha sonra cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. İcra haqqında qanunvericiliyin tələbindən görünür ki, borclunun məcburi gətirilməsi tədbiri o halda tətbiq olunur ki, borclu icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınmış olsun. Məhkəmə araşdırması zamanı tələbkarın izahatından və icra işinin materiallarından aydın olur ki, Borclu icra sənədi üzrə məlumatı olsa da, icra məmurunun çağırışları üzrə icra yerinə gəlməmiş, habelə icra sənədi üzrə tələbin icrasını bir ildən artıq müddət ərzində təmin etməmişdir. Bundan əlavə, borclu şəxs icra məmurunun çağırışı ilə gəlməməsinin üzrlü səbəbdən baş verməsi ilə bağlı heç bir məlumat verməmişdir. Həmçinin, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, hazırkı iş üzrə borclunun barəsində icra məmuru tərəfindən müvafiq icra sənədinin icrasının təmin edilməsi məqsədilə bir sıra icra hərəkətləri həyata keçirilsə də, borclunun rəsmi iş yeri və mülkiyyətində daşınar və daşınmaz əmlakı olmadığından müvafiq icra sənədi üzrə tələbin icrasının təmin edilməsi mümkün olmamışdır. Odur ki, məhkəmə qeyd olunan halları nəzərə alaraq hesab edir ki, təqdimat əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2 və 84.3-cü maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1991-ci il tarixdə Cəbrayıl rayonu, Balyand kəndində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Borclu Bakı Şəhəri Qaradağ Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradağ Rayon Polis İdarəsinə və Bakı şəhər Qaradağ rayonu İcra Şöbəsinə həvalə edilsin. Qərardad dərhal icra edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №8(002)-50/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-50/2023
14.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver