Məhkəmə qərarları › İş №8(002)-500/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-500/2022

03.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-500/2022 03.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X3 oğlunun katibliyi ilə, Bakı şəhər Xətai Rayon Məhkəməsi 2(011)-1707/18 saylı,xx.xx.2018-ci il tarixli icra sənədinin icrası məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Qaradağ Rayon İcra şöbəsinin İ dərəcəli ədliyyə qullquçusu X1 tərəfindən verilmiş təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon İcra İcra şöbəsinin İ dərəcəli ədliyyə qullquçusu X1 borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatla məhkəməyə müraciət edərək, Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İcra məmuru təqdimatını onunla əsaslandırmışdır ki,xx.xx.2018-ci il tarixli qərarla icraata başlanılan Bakı şəhər Xətai Rayon Məhkəməsi 2(011)-1707/18 saylı,xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.1966-cı ildə anadan olmuş və Bakı şəhəri,Qaradağ ray.,Müşfiqabad qəs.,ev 5D,mənzil 71 ünvanında qeydiyyatda olan Borclu 44812 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkarnn xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixində Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə birlikdə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir.Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Bu səbəbdən, icra məmuru Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən icra məmuru,tələbkar və borcluya məhkəmə iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən təqdimata işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və materialı araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2018-ci il tarixli icra sənədinin məzmunundan aydın olur ki, Borclu 44812 manat məbləğində pul və 30 manat dövlət rüsumu Tələbkar xeyrinə tutulması qeyd edilmişdir.. Tələbin könüllü icrası barədə bildirişin məzmunundan görünür ki, müvafiq icra sənədi üzrə Borclu tələbin könüllü icrası üçün 10 gün müddət vaxt verilmiş, icra sənədinin icra edilmədiyi halda cinayət məsuliyyəti barədə xəbərdar olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmə qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göründüyü kimi, qeyd olunan icra sənədi icra edilməsi üçün Qaradağ Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə, müvafiq icra tədbirləri həyata keçirmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, borclu çəxs icra məmurunun icraatında icra işinin mövcud olmasından xəbərdar olmuş, lakin müvafiq icra sənədi üzrə borcunun olmasına baxmayaraq,indiyədək icra ödənişlərini tam yerinə yetirməmişdir. Həmçinin, borclu şəxs barəsində bir sıra məcburi icra tədbirlər görülsə də, onun adına heç bir əmlak aşkar edilməmiş, görülmüş tədbirlərin heç bir nəticəsi olmamışdir. Ona görə də məhkəmə qeyd olunan halları nəzərə alaraq, habelə tələbkarın mənafeyini əsas götürərək, hesab edir ki, müvafiq icra sənədinin icrasının təmin edilməsi məqsədilə təqdimat əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 267-268-ci cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1966-cı ildə anadan olmuş və Bakı şəhəri,Qaradağ ray.,Müşfiqabad qəs.,ev 5D,mənzil 71 ünvanında qeydiyyatda olan və Abşeron rayonu,Xırdalan şəhəri,Kristal Abşeron 25/85 ünvanında yaşayan borclu şəxs Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardaddan, qərardadın surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar