Məhkəmə qərarları › İş №8(002)-501/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-501/2024

16.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-501/2024 16.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi ilə, Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Orxan Göyüşlünün daşınar əmlak (avtomobil) üzərinə həbsin qoyulması barədə təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2845/2024 saylı, 01 oktyabr 2024-cü il tarixli qətnaməsi üzrə xx.xx.2024-cü il tarixdə verilmiş icra vərəqəsinə əsasən, cavabdeh Borclu 05 mart 2024-cü il tarixli, NSNPU-10788 saylı kredit müqaviləsi üzrə 7973 manat əsas borc, 516,19 manat faiz borcu olmaqla, cəmi 8489,19 manat məbləğində borc pul vəsaiti və 105 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Qaradağ rayon İcra Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus olan **-XT-*** dövlət qeydiyyat nişanlı, CHEVROLET CRUZE minik markalı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimatı və iş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, təqdimat geri qaytarılmalıdır. Belə ki, daha əvvəl həmin mülki iş üzrə iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyəti müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Borclu adına qeydiyyatda olan, **-XT-*** dövlət qeydiyyat nişanlı, CHEVROLET CRUZE minik markalı nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulmasını xahiş etmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e- 16(002)-144/2024 saylı, 01 oktyabr 2024-cü il tarixli qərardadı ilə, cavabdeh Borclu adına qeydiyyatda olan CHEVROLET CRUZE minik markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması, qərardadın icra olunması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardadla bağlı mübahisə isə hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Beləliklə, məhkəmə, yuxarıda qeyd olunanları əsas götürərək hesab edir ki, icra sənədi icraya yönəldilənə qədər borclunun həmin avtomobili üzərinə müvəqqəti təminat tədbiri qismində artıq həbs qoyulduğundan, həmçinin həmin müvəqqəti təminat tədbiri ilə bağlı mübahisəyə hazırda Bakı Apellyasiya Məhkəməsində baxıldığından, təqdimat geri qaytarılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 1-1-ci maddəsinə əsasən, icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 13.4, 153.2.2, 263- 269-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Orxan Göyüşlünün daşınar əmlak (avtomobil) üzərinə həbsin qoyulması barədə təqdimatı geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar