Məhkəmə qərarları › İş №8(002)-501/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-501/2025

09.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-501/2025 09.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi Babayeva Nərmin Sahib qızının katibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3670/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadına əsasən Borclu adına olan “Opel Astra” minik markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru Orxan Göyüşlünün təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru Orxan Göyüşlü təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus “Opel Astra” minik markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3670/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu 981.67 manat pul tutularaq Tələbkar MMC-in xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclunun əmlak vəziyyətini müəyyən etmək məqsədilə aidiyyatı dövlət orqanlarına sorğular ünvanlanmış və AR DİN Baş X1 idarəsindən daxil olmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “Opel Astra” minik markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. İcra sənədinin icra olunması məqsədilə Borclu məxsus olan “Opel Astra” minik markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması üçün təqdimatla məhkəməyə müraciət olunmuş və Qaradağ rayon məhkəməsinin 8(002)- 333/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin əmlakın üzərinə həbs qoyulmuşdur. Tələbkar MMC xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən icra sənədi üzrə göstərilən borc tam şəkildə ödənildiyi üçün icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixdə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və məhkəmə qanunvericiliyin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3670/2018 nömrəli, xx.xx.2018-ci il tarixli məhkəmə əmrindən görünür ki, Borclu 981.67 manat pul tutularaq Tələbkar MMC-in xeyrinə ödənilməlidir. Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Orxan Göyüşlü tərəfindən xx.xx.2025-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərar qəbul etmişdir. Göstərilənlər icra işinin materialları ilə təsdiqini tapmışdır. İcra haqqında Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. İcra haqqında qanunvericiliyin təhlilindən görünür ki, borclu tərəfindən icra sənədi tam icra olunduqda icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul edir və xitam verilmiş icra icraatı üzrə görülmüş icra tədbirlərini ləğv edir. Təqdimat və ona əlavə edilmiş sənədlərdən görünür ki, müvafiq icra sənədi üzrə borc tamamilə ödənilmişdir, icraata xitam verilməsinə dair qərar qəbul edilmişdir. Odur ki, icra haqqında qanunvericiliyin tələbinə əsasən görülmüş icra tədbirləri ləğv edilməlidir. Məhkəmə qeyd olunan halları nəzərə alaraq, icra qanunvericiliyinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülik Prosessual Məcəllənin 231, 263-264-cü və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-333/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Borclu məxsus “Opel Astra” minik markalı **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın surəti icra edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə və Bakı şəhəri Qaradağ Rayonu İcra Şöbəsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar