Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-503/2024 19.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-435/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi və Borclu məxsus olan “Langerdorf Qoşqu” yük minik markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X3 təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus olan “Langerdorf Qoşqu” yük minik markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı avromobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş edilmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, cavabdehlər X1 və Borclu müştərək qaydada 200 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq, iddiaçı Tələbkar Sığorta Şirkəti ASC-yə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu İcra Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. Borclunun əmlak vəziyyəti yoxlanılarkən Borclu məxsus olan “Langerdorf Qoşqu” yük markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı və “X5” yük markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobillərin olduğu müəyyən edilmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-435/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təqdimat qismən təmin edilərək, Borclu məxsus olan “Langerdorf Qoşqu” yük markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Borclu icra sənədində göstərilən 220 manat pul vəsaitini xx.xx.2024-cü il tarixdə ödəyərək müvafiq qəbzi Qaradağ rayon İcra Şöbəsinə təqdim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər və məhkəmə qanunvericiliyin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat aşağıdakılara əsasən təmin edilməlidir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3112/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsi ilə cavabdehlər X2 və Borclu müştərək qaydada 200 manat məbləğində pul vəsaiti və 20 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Tələbkar Sığorta Şirkəti ASC-yə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-435/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus “Langerdorf Qoşqu” markalı **-ZB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Qaradağ rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, cavabdehlər X2 və Borclu müştərək qaydada 200 manat məbləğində pul vəsaiti və 20 manat ödənilmiş dövlət rüsumu tutularaq, iddiaçı Tələbkar Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Borclu icra sənədində göstərilən 220 manat pul vəsaitini xx.xx.2024-cü il tarixdə ödəyərək müvafiq qəbzi Qaradağ rayon İcra Şöbəsinə təqdim etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. İcra haqqında qanunvericiliyin təhlilindən görünür ki, müvafiq icra sənədi tam icra edilmişdir və icra haqqında qanunvericiliyin tələbinə əsasən görülmüş icra tədbirləri ləğv edilməlidir. Məhkəmə qeyd olunan halları nəzərə alaraq, icra qanunvericiliyinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264-cü və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-435/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus olan “Langerdorf Qoşqu” yük minik markalı, **- ZB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın surəti icra edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №8(002)-503/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-503/2024
19.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver