Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-505/2025 20.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Borclu, Tələbkar iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1725/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin indeksasiya olunması üçün Tələbkar ərizəsinə Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1725/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin sabit pul məbləğ hissəsində indeksasiya olunaraq sonrakı artımlar nəzərə alınmaqla xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə Borclu (aylıq qazancının və gəlirlərinin ¼ hissəsi miqdarından əlavə) ölkə üzrə müəyyən edilmiş minumum əmək haqqının 0,51 misli həddində sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1725/2021 nömrəli, xx.xx.2021 saylı qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi Borclu aylıq qazancının və gəlirlərinin ¼ hissəsi miqdarında və əlavə olaraq hər ay 127 manat 50 qəpik sabit pul məbləğində alimentin tutularaq mənə ödənilməsi qət edilmişdir. Həmin qətnamə qəbul edilərkən cavabdeh əmək haqqının 250 manat olmasına dair arayış təqdim etmişdir. 2021-ci il tarixdə minumum əmək haqqı 250 manat olmuş və həmin vaxt bir uşağa görə təyin olunmuş alimentin məbləği minumum əmək haqqının ¼ hissəsi və əlavə olaraq tutulan 127,50 manat əmək haqqını 0,51 mislini təşkil edirdi. Hazırda aliment indeksasiya edilməklə minumum əmək haqqı 400 manat olmaqla əmək haqqının ¼ hissəsi və əlavə olaraq hazırkı müəyyən edilmiş əmək haqqının 0,51 misli məbləğində aliment tutulmalıdır. Qeyd edirəm ki, cavabdeh mütəmadi olaraq aliment məbləğini 250 manat məbləğini hesablayaraq ümumilikdə 190 manat aliment ödəyir. Bu isə qanunvericiliyi tələbinə zidd olduğu kimi uşağın saxlanmasında ciddi narahatlıq yaradır. Belə ki, hal-hazrda uşağın saxlanması üçün maddi tələbatının çox olması hamıya məlum olan haldır. Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd etdiyi düstura əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1725/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə müəyyən olunmuş aylıq qazanc və gəlirlərinin ¼ hissəsi miqdarında və əlavə olaraq hər ay 127 manat 50 qəpik sabit pul məbləğində aliment indeksasiya olunaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı üzrə aylıq qazancının və gəlirlərinin ¼ hissəsi miqdarında və əlavə olaraq müəyyən edilmiş 127,50 manat indeksasiya edilərək hazırkı dövrü üçün əmək haqqının 0,51 misli həddində müəyyən olunmalıdır. Tələbkar məhkəmə iclasından qeyd etdi ki, birgə nikahdan bir uşaqları var, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1725/2021 nömrəli, xx.xx.2021 saylı qətnaməsi həm borclunun əmək haqqının ¼ hissəsi məbləğində, əlavə olaraq da hər ay 127,50 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.Hazırda həmin qətnamə ilə nəzərdə tutulan borclunun əmək haqqına yönləndirilməsinə dair alimentdə əlavə tutulan sabit pul məbləğində olan 127,50 manat alimentin indeksasiya olunmasını xahiş etmişdir. Borclu məhkəmə iclasında izahatında qeyd etdi ki, özəl sektorda işləyirdi, indi işləmir. Ərizənin təmin olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş materiallarından olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1725/2021 nömrəli, xx.xx.2021 saylı qətnaməsindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi Borclu aylıq qazancının və gəlirlərinin ¼ hissəsi miqdarında və əlavə olaraq hər ay 127 manat 50 qəpik sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1725/2021 nömrəli, xx.xx.2021 saylı qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Həmçinin, məhkəmə qeyd edir ki, hazırda ərizəçi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 saylı qərarına istinad edərək, xx.xx.2008-ci il təvəllüdlü X2 münasibətdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-1725/2021 saylı qətnaməsi ilə təyin edilmiş sabit pul məbləğində alimentin sonrakı artımlar nəzərə alınmaqla indeksasiya olunnmasını xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir. Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşma çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarının 8.4- 2 yarımbəndində qeyd edilmişdir ki, Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1 -ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). X4 görə “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 saylı qərarını əsas götürərək hesab edir ki, ərizə təmin edilməlidir. Beləki, xx.xx.2008-ci il təvəllüdlü X3 üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-1725/2021 saylı qətnaməsi ilə tutulmuş 127,50 manat məbləğində alimentin miqdarının (aylıq qazancının və gəlirlərinin ¼ hissəsi miqdarından əlavə) 2021-ci il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,51 mislini təşkil edir. Hazırda məhkəmə hesab edir ki, qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının həmin dövr üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,51 mislini təşkil etdiyini nəzərə alaraq alimentin məbləğinin hər ay borclunun aylıq qazancının və gəlirlərinin ¼ hissəsi miqdarından əlavə həmçninin 2025-ci il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının-400 manat məbləğinin 0,51 misli həddində indeksasiya olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasmı həyata keçirə bilər. Beləliklə, məhkəmə 2025-ci il üzrə minimum aylıq əmək haqqının 400 manat olmasını nəzərə alınmaqla, xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının məbləğinin 0,51 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-1725/2021 saylı qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün əlavə olaraq sabit pul məbləğində təyin edilmiş alimentin məbləği (127,50 manat manat) ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilərək, xx.xx.2025-ci il tarixdən başlayaraq Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay (borclunun aylıq qazancının və gəlirlərinin ¼ hissəsi miqdarından əlavə) 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının məbləğinin 0,51 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №8(002)-505/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-505/2025
20.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver