Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-506/2024 17.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X1 oğlunun katibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2079/2024 nömrəli, xx.xx.2024-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus daşınar əmlakın üzərinə həbs qoyulmasına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Qaradağ rayon İcra şöbəsinin icra məmuru Səbuhi Əhmədzadənin təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Qaradağ rayon İcra şöbəsinin icra məmuru Səbuhi Əhmədzadə borcluya məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət edərək, “İcra haqqında” Qanunun 50.2-ci maddələrinin tələblərini rəhbər tutuaraq icra sənədi üzrə borcluya məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair qərardad çıxarılması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat bununla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2079/2024 nömrəli, xx.xx.2024-ci il tarixli qərarına əsasən Borclu 1792.65 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-in xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “Kia Ceed” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Borclu, icra məmuru və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəmə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. İcra haqqında Azərbaycan Respublikası Qanunun 43-cü maddəsinə əsasən borclu barəsində tətbiq edilən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoyulması və onun satılması yolu ilə tələbin əmlaka yönəldilməsi tədbiridir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. İcra haqqında Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2079/2024 nömrəli, xx.xx.2024-ci il tarixli icra sənədinin məzmunundan görünür ki, cavabdeh Borclu xx.xx.2023-cü il tarixli 03106220 nömrəli müqaviləyə əsasən, “Playstation 5 üçün 1454 manat əsas borc və 30 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, 10772681 nömrəli müqaviləyə əsasən İmei kod **********96802 X2 11 markalı telefon üçün 266.09 manat əsas borc, 5 manat cərimə borcu olmaqla, ümumilikdə 1755.09 manat məbləğində pul vəsaiti və 37.56 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə Bakı şəhəri Qaradağ rayon icra şöbəsi tərəfindən xx.xx.2024-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra sənədi icraya yönəldilmişdir. Hazırda icra məmuru əmlaka həbs qoyulması haqqında təqdimat vermişdir. Məhkəmə araşdırması zamanı “Kia Ceed” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin AZEMİS elektron sistemindən axtarışda Borclu məxsus olmadığı müəyyən olunmuşdur. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, icra sənədi üzrə əmlakın borcluya məxsus olmadığı müəyyən olunduğundan əmlak üzərinə həbs qoyulması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, belə olan halda əmlak üzrə həbs qoyulmasına dair tədbirin tətbiq edilməsi özlüyündə şəxsin əmlak hüquqlarının əsassız yerə məhdudlaşdırılması ilə nəticələnə bilər. Odur ki, icra məmuru tərəfindən təqdimat təmin edilməməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsi tərəfindən verilmiş, Borclu məxsus olan “Kia Ceed” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimat təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra on (10) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №8(002)-506/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-506/2024
17.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver