Məhkəmə qərarları › İş №8(002)-508/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-508/2024

23.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-508/2024 23.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1387/2024-013 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icra məmuru X1 borclunun “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İcra məmuru X2 16 dekabr 2024-cü ildə məhkəməyə ərizə (vəsatət) ilə müraciət edərək, təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Ərizə (vəsatət) belə əsaslandırılmışdır ki, mübahisə üzrə borc məbləği tam ödənildiyindən və artıq mübahisənin davam etdirilməsinə lüzum qalmadığından təqdimat baxılmadan geri qaytarılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, işdə iştirak edən şəxslər və icra məmuru məhkəmə iclasına gəlməmişlər və məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göründüyü kimi, icra məmuru işin məhkəmə baxışına hazırlanması zamanı məhkəməyə ərizə (vəsatət) verərək, tərəflər arasında olan mübahisə üzrə borc məbləği tam ödənildiyindən və artıq mübahisənin davam etdirilməsinə lüzum qalmadığından təqdimatın baxılmadan qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, icra məmuru tərəfindən təqdimatın qaytarılması barədə ərizə verildiyindən, mövcud təqdimat geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4, 170.1, 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizə (vəsatət) təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1387/2024-013 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icra məmuru X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı baxılmadan geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar