Məhkəmə qərarları › İş №8(002)-509/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-509/2022

11.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-509/2022 11.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X2 oğlunun katibliyi, Borclu iştirakı ilə, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1486/2022 nömrəli,xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclunun icra şöbəsinə məcburi qaydada gətirilməsinə dair Qaradağ rayon İcra şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Orxan Göyüşlünün təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Orxan Göyüşlünün məhkəməyə müraciət edərək, Borclu məcburi qaydada gətirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İcra məmuru təqdimatı onunla əsaslandırmışdır ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1486/2022 nömrəli,xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 3135.63 manat məbləğində pul vəsaiti tutularaq tələbkar “X1” ASC-in xeyrinə ödənilməlidir.İcra sənədi xx.xx.2022-ci il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclunun icra sənədində göstərilən ünvanına göndərilmişdir.Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Bu səbəbdən də icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Borclunun məcburi qaydada gətirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Borclu şəxs məhkəmə iclasında iştirak edərək, öz izahatında icra məmurunun çağırışlarndan heç vaxt yayınmadığını, icra sənədinin icrasından da yayınmadığını bildirərək, təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etdi. Tələbkar və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclu şəxsin izahatı dinləyib, iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. İcra haqqında qanunvericiliyin tələbindən görünür ki, borclunun məcburi gətirilməsi tədbiri o halda tətbiq olunur ki, borclu icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınmış olsun. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, icra məmuru borclu şəxsin onun çağırışları üzrə icra şöbəsinə gəlməkdən boyun qaçırması halına istinad edərək, onun məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə araşdırması zamanı təqdimatın əsası kimi istinad edilən halların müəyyən edilməsi mümkün olmamış, habelə qeyd edilən halla bağlı heç bir dəlilə istinad edilməmiş, həmin hallar əsaslandırılmamışdır. Həmçinin, borclu şəxs məhkəmə iclasında iştirak edərək, icra məmurunun çağırışları üzrə həmişə gəldiyini, icradan yayınmadığını bildirmişdir. Ona görə də qeyd olunan halları nəzərə alaraq, məhkəmə hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində (elektron kabinet) vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar