Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-51/2025 13.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi ilə, X1 qətnamənin icra üsulunun dəyişdirilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1452/2019 saylı, 08 avqust 2019-cu il tarixli qətnaməsinin icrası mərhələsində tələbkar X4 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1452/2019 saylı, 08 avqust 2019-cu il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsi, iddiaçı X2 uşaqları xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Yeni yaşayış massivi 2, küçə 6, 9 saylı evin giriş qapısından sağda yerləşən 2 (iki) otağına köçürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Daha sonra tələbkarın etibarnamə üzrə nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, icra üsulunun dəyişdirilməsi barədə ərizənin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə icra üsulunun dəyişdirilməsi barədə ərizəni və ona əlavə edilmiş sənədləri, habelə həmin ərizənin geri qaytarılması barədə ərizəni araşdıraraq, həmçinin mülki prosessual hüquqda dispozitivlik prinsipini nəzərə alaraq müəyyən edir ki, ərizəçi tərəfindən həmin ərizənin geri qaytarılması xahiş edildiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, habelə Azərbaycan Respublikası MPM-nin 13.4, 152.1.9, 231.1-ci maddələrini rəhbər tutaraq məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər tələbkara geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 13.4, 152.1.9, 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 qətnamənin icra üsulunun dəyişdirilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №8(002)-51/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-51/2025
13.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver