Məhkəmə qərarları › İş №8(002)-512/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-512/2024

26.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-512/2024 26.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədzadənin borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədzadə təqdimatla Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Borclu məxsus olan “Mercedes 230” minik markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-359/2024-003 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 461,73 manat məbləğində pul vəsaiti tutularaq tələblar “X2” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-127/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə borclu X1 məxsus olan “Mercedes 230” minik markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə borclu tərəfindən üzərinə düşən öhdəlik tam olaraq icra edildiyindən xx.xx.2024-cü il tarixli qərarla icra sənədi üzrə icraata xitam verilmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, işdə iştirak edən şəxslər və icra məmuru məhkəmə iclasına gəlməmişlər və məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43, 44, 45, 50, 74-cü maddələrinə əsasən əmlak üzərinə həbsin qoyulmasının məqsədi tələbin icrasını təmin etməkdir. Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Bütün göstərilən halları və təqdimata əlavə edilən sənədləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264-cü və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus olan “Mercedes 230” minik markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın surəti icra edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə göndərilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar