Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-515/2024 26.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, Borclu nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədlinin borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədli təqdimatla Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Borclu məxsus olan “KİA RİO” minik markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-718/2024-005 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. İcra sənədi 09.01.202-ci il tarixdə Bakı şəhəri İcra Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. Borclunun əmlak vəziyyəti yoxlanılarkən Borclu məxsus olan “KİA RİO” minik markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtonobilin olduğu müəyyən edilmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)- 432/22 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin avtomobilin üzərinə həbs qoyulmuşdur. Qeyd olunan icra sənədi üzrə borclu tələbkar X6 xx.xx.2024-cü il tarixli ərizə ilə icra orqanına müraciət edərək, Borclu həmin tarixə aliment borcunun olmadığını və aliment borcuna görə avtomobilinə qoyulan həbsin götürülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu nümayəndəsi X2 təqdimatın təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, işdə iştirak edən şəxslər və icra məmuru məhkəmə iclasına gəlməmişlər və məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43, 44, 45, 50, 74-cü maddələrinə əsasən əmlak üzərinə həbsin qoyulmasının məqsədi tələbin icrasını təmin etməkdir. Həmin Qanunun 20.1.5-ci maddəsinə görə icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Bütün göstərilən halları və təqdimata əlavə edilən sənədləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264-cü və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. X4 məxsus olan “KİA RİO” minik markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın surəti icra edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə göndərilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №8(002)-515/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-515/2024
26.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver