Məhkəmə qərarları › İş №8(002)-519/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-519/2022

14.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-519/2022 14.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi ilə, Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Orxan Göyüşlünün borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Orxan Göyüşlü təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhətri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3754/2018 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmini məqsədi ilə Bakı şəhəri Qaradağ Rayon məhkəməsinin 8(002)-355/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus “Kamaz 55111” yük markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21214” minik markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Passat” minik markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı “Toyota Prado” minik markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3754/2018 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 520.44 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi icraata xx.xx.2022-ci il tarixdə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Məcburi icra tədbirlərinin davam etdirilməsi məqsədi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-355/22 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus “Kamaz 55111” yük markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı, “Vaz 21214” minik markalı ,**-TJ-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prado” minik markalı, **-RG- *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. İcra sənədi Borclu tərəfindən tam şəkildə təmin olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmişlər və məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43, 44, 45, 50, 74-cü maddələrinə əsasən əmlak üzərinə həbsin qoyulmasının məqsədi tələbin icrasını təmin etməkdir. Həmin Qanunun 20.1.4-cü maddəsinə əsasən icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə icra sənədi üzrə icraata xitam verilir. Bütün göstərilən halları və təqdimata əlavə edilən sənədləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264-cü və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3754/2018 saylı, xx.xx.2022ci il tarixli icra sənədinin icrasını təmini məqsədi ilə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 8(002)-355/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus “Kamaz 55111” yük markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21214” minik markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Passat” minik markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı “Toyota Prado” minik markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın surəti icra edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə göndərilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar