Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-53/2024 23.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Tələbkar (ərizəçi) X3 iştirakı ilə, Tələbkar (ərizəçi) X3 Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru Səbuhi Bağırovun Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(002)-1821/2019 saylı icra sənədini düzgün icra etməməsində ifadə olunan hərəkətindən (hərəkətsizliyindən) şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar (ərizəçi) X5 Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru Səbuhi Bağırovun Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(002)-1821/2019 saylı icra sənədini düzgün icra etməməsində ifadə olunan hərəkətindən (hərəkətsizliyindən) şikayət verərək, həmin hərəkətin (hərəkətsizliyin) qanunsuz hesab edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(002)-1821/2019 saylı qətnaməsinə əsasən onun cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" ASC-yə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sahələrarası Nəqliyyat və X8 İdarəsinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin 5 saylı region üzrə X6rşı «işdən çıxarılma barədə əmrin ləğvi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" ASC-nin X1 İdarəsinin xx.xx.2019-cu il tarixli 71/k saylı əmri ləğv edilmiş, onun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X8 İdarəsinə sürücü vəzifəsinə işə bərpa olunması, xx.xx.2019-cu il tarixdən işə bərpa olunduğu tarixədək məcburi buraxılmış iş günlərinə görə əmək haqqının hesablanaraq cavabdeh ETSN Sahələrarası Nəqliyyat və X8 İdarəsindən onun xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra sənədi Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinə daxil olmuş və xx.xx.2022-ci il tarixdə şöbənin böyük icra məmuru Səbuhi Bağırov tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Qərardan göründüyü kimi, işdən azad olunduğu 01 aprel 2019-cu il tarixli 71/k saylı əmrinin ləğv edilməsi, onun əvvəlki işə bərpa olunması, 01 aprel 2019-cu il tarixdən işə bərpa olunduğu tarixədək məcburi buraxılmış iş günlərinə görə əmək haqqının hesablanaraq onun xeyrinə ödənilməsi nəzərdə tutulmuşdur. Qətnamənin icrası ilə bağlı birincisi qeyd etmək istəyir ki, 01 aprel 2019-cu il tarixdə qanunsuz olaraq işdən azad edilmişdir və xx.xx.2023-cü il tarixdə işə bərpa olunmuşdur. Bu müddət ərzində məcburi buraxılmış iş günlərinə görə cəmi 12.400 manat əmək haqqı hesablanaraq ona ödənilmişdir. Hesab edir ki, əmək haqqı düzgün hesablanmamışdır. Çünki, əvvəlki iş yerində sonuncu mart ayı üçün əmək haqqı 556 manat olmuşdur. İkincisi, qətnamədə və icra vərəqəsində göstərildiyi kimi əvvəlki işə bərpa olunması əvəzinə onun razılığı olmadan öz ixtisasına yox, başqa ixtisasa və ən əsası yaşadığı Qaradağ rayonu Sahil qəsəbəsindən uzaq, Abşeron rayonu Xırdalan şəhərində cavabdeh təşkilatın qarajına işə qəbul olunmuşdur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 26 və 71-ci maddələrinin tələblərinə baxmayaraq, işə düzgün bərpa olunmamışdır və məcburi buraxılmış iş günlərinə görə əmək haqqı düzgün hesablanmamışdır. Bununla bağlı icra şöbəsinə müraciət etsə də, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru Səbuhi Bağırov qanuni qüvvəyə minmiş qətnamə üzrə verilmiş icra sənədinin düzgün icra edilməsinə nəzarət etməmişdir. Bu səbəbdən, şikayətlə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tələbkar (ərizəçi) X5 şikayəti müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdi və məhkəmədən şikayətin təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, icra məmuru və borclunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də, məhkəmə şikayətə icra məmurunun və borclunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, şikayətə əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(002)-1821/2019 saylı icra sənədindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" ASC-nin X1 İdarəsinin xx.xx.2019-cu il tarixli 71/k saylı əmri ləğv edilməli, X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X8 İdarəsinə sürücü vəzifəsinə işə bərpa olunmalı, xx.xx.2019-cu il tarixdən işə bərpa olunduğu tarixədək məcburi buraxılmış iş günlərinə görə əmək haqqının hesablanaraq cavabdeh ETSN Sahələrarası Nəqliyyat və X8 İdarəsindən X3 xeyrinə tutulmalıdır. Həmin icra sənədi icra olunması üçün Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinə göndərilmiş, həmin şöbənin böyük icra məmuru Səbuhi Bağırov icra sənədini icraata başlamaq haqqında qərara əsasən icraatına götürmüş və icra hərəkətlərinə başlamışdır. Şikayətə baxılması ilə əlaqədar zəruri sənədlər tələb edilərək araşdırılarkən məlum olmuşdur ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(002)- 1821/2019 saylı icra sənədi tam şəkildə icra olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin 16 avqust 2023-cü il tarixli arayışından görünür ki, icra sənədinin icrası qaydasında tələbkara cəmi 12.416,88 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2024-cü il tarixli, 9/8724 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi təqdim edilmiş iş materiallarının 35-36-cı səhifələrində öz əksini tapmış, məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "xxxx" ASC-nin təqdim etdiyi 02 sentyabr 2024-cü il tarixli arayışda göstərilən məlumatlar əsas götürülməklə, iddiaçı X4 məcburi buraxılmış iş günlərinə görə hesablanmalı əmək haqqı 1 nömrəli cədvəldə qeyd olunan çıxılmalar tutulmaqla, 2 nömrəli cədvəldə göstərilən kimi (18.088,30 manat) müəyyən olunmuşdur. Bundan əlavə qeyd olunmuşdur ki, xx.xx.2019-xx.xx.2023-cü illər ərzində müəssisədaxili artırılmış əmək haqları barədə təqdim edilmiş iş materiallarında hər hansı bir məlumat əlavə olunmadığı üçün bu hissədə əlavə hesablama aparılmamışdır. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. Məhkəmə qeyd edir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 26cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 71-ci maddəsinə əsasən işçini işə bərpa etmək haqqında icra sənədi borclu tərəfindən icra edilmədikdə, icra məmuru bu Qanunla nəzərdə tutulmuş tədbirləri görməklə yanaşı, işə bərpa etmək haqqında qərar çıxarıldığı gündən icra sənədinin icra olunduğu günə qədər bütün müddət üçün orta əmək haqqının və ya əmək haqqı fərqinin işçiyə ödənilməsi haqqında qərardad çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət edir. Həmin ərizə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunur. Göründüyü kimi, icra məmuru «İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməmiş, icra sənədinin icrasını tam şəkildə təmin etməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, tələbkar (ərizəçi) X3 şikayəti təmin edilməli, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru Səbuhi Bağırovun Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(002)-1821/2019 saylı icra sənədini düzgün icra etməməsində ifadə olunan hərəkəti (hərəkətsizliyi) qanunsuz hesab edilməlidir. 200 manat ekspertiza xərci tələbkar (ərizəçi) X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263- 264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Tələbkar (ərizəçi) X3 şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru Səbuhi Bağırovun Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(002)-1821/2019 saylı icra sənədini düzgün icra etməməsində ifadə olunan hərəkəti (hərəkətsizliyi) qanunsuz hesab edilsin. 200 manat ekspertiza xərci tələbkar (ərizəçi) X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №8(002)-53/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-53/2024
23.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver