Məhkəmə qərarları › İş №8(002)-530/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-530/2025

03.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-530/2025 03.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, Borclu Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)- 1165/2025 saylı qətnaməsinin hissə-hissə icra olunması barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)-1165/2025 saylı qətnaməsinə əsasən cavabdeh Borclu maddi ziyanın əvəzi olaraq 5634.71 manat, mənəvi zərərin əvəzi olaraq 300 manat məbləğində pul vəsaiti və 58,29 manat dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar2 ödənilməsi qət edilmişdir. Borclu ilkin olaraq xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, həmin qətnamənin hissə-hissə icra olunması barədə qərardad çıxarılmasını xahiş etmiş, xx.xx.2025-ci il tarixdə isə yenidən məhkəməyə ərizə ilə müraciət edərək, tələbkarla razılıq əldə edildiyindən qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı ərizəyə mahiyyəti üzrə baxılmadan geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə icra məmuruna, tələbkara və borcluya məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə ərizənin baxılmadan qaytarılması barədə məsələyə icra məmurunun, tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən ərizə baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 231, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Borclu Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)- 1165/2025 saylı qətnaməsinin hissə-hissə icra olunması barədə ərizəsi baxılmadan geri qaytarılsın. Qərardaddan 10 (on gün) müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar