Məhkəmə qərarları › İş №8(002)-531/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-531/2022

22.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-531/2022 22.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi ilə, Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Orxan Göyüşlünün borclunun əmlakı üzərinə həbsin qoyulması barədə təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli məhkəmə əmrinə əsasən, borcu Borclu kreditor "xxxx" ASC ilə bağlanmış xx.xx.2018-ci il tarixli, BPM**********94 nömrəli müqaviləyə əsasən 4212,43 manat borc və 20 manat dövlət rüsumu tutulmalıdır. Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Orxan Göyüşlü təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasını təmin etmək və borcluya borcunu ödətdirmək məqsədi ilə Borclu adına qeydiyyatda olan “DAEWOO GENTRA” minik markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Orxan Göyüşlü təqdimatını onunla əsaslandırmışdır ki, icra sənədi icraata xx.xx.2019-cu il tarixdə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası barədə bildirişlə birlikdə borcluya göndərilmişdir. Lakin borcluya edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq borclu tələbin könüllü icrası müddətində icra sənədinin tələblərini icra etməmiş və icra sənədində göstərilən borc məbləğini ödəməmişdir. Borclunun əmlak vəziyyətini müəyyən etmək məqsədilə aidiyyatı dövlət orqanlarına sorğular ünvanlanmış və bəlli olmuşdur ki, Borclu məxsus “DAEWOO GENTRA” minik markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobil dövlət qeydiyyatına alınmışdır. Qeyd olunan borc məbləği ödənilmədiyindən o, göstərilən təqdimatla məhkəməyə müraciət etmiş və məhkəmədən təqdimatın təmin olunmasını xahiş etmişdir. Məhkəmə, təqdimatın dəlillərini araşdıraraq və iş materiallarını nəzərdən keçirərək müəyyən edir ki, təqdimatda tələbin könüllü icrası barədə bildirişin borclunun ünvanına göndərildiyi göstərilsə də, tələbin könüllü icrası barədə bildirişin borcluya göndərilməsini və borclunun həmin bildirişi almasını təsdiq edən hər hansı sənəd təqdimata əlavə edilməmişdir. Ona görə də məcburi icra tədbirinin tətbiqi üçün qanunla müəyyən edilmiş şərtlərin mövcudluğu müəyyən edilmədiyindən, borclunun əmlakı üzərinə həbs qoyulması ilə bağlı təqdimat əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 1-1-ci maddəsinə əsasən, icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən, bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 44-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Hakimi : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar