Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-540/2022 24.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X1 oğlunun katibliyi ilə, Borclu, İcra məmurunun iştirakı ilə, Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Orxan Göyüşlünün daşınar əmlak üzərinə həbs qoyulması barədə təqdimatına Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmurunun daşınar əmlak üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borcluna məxsus olan «Vaz 2103» minik markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı, «Vaz 21074» minik markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İcra məmuru təqdimatı onunla əsaslandırmışdır ki,Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 2531/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 2142.01 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-in xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon icra şöbəsinə daxıl olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borcluna təqdim edilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, ‘Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borcluna məxsus olan «Vaz 2103» markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı, «Vaz 21074» markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobilləri vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Ona görə də o, göstərilən təqdimatla məhkəməyə müraciət etmiş və məhkəmədən təqdimatın təmin olunmasını xahiş etmişdir. İcra məmuru məhkəmə iclasında iştirak edərək, təqdimatın məzmununa və dəlillərinə uyğun izahat verərək, öz izahatında təqdimatda qeyd edilmiş bir avtomobilin üzərinə artıq həbs qoyulduğunu, o biri avtomobillə bağlı təqdimatın təmin edilməsinin zəruri olduğunu əsas gətirərək, təqdimatın təmin edilməsini xahiş etdi. Borclu şəxs Borclu məhkəmə iclasında iştirak edərək, izahat verərək, öz izahatında icra sənədi barədə məlumatlı olduğunu, adına olan o biri əmlakın üzərinə həbs qoyulduğunu, bu biri əmlak barəsində tam məlumatsız olduğunu bildirərək, təqdimatın təmin edilməsinə etirazının olmadığını bildirdi. Tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən təqdimata tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclu şəxsin və icra məmurunun izahatını dinləyib,təqdimata və ona əlavə edilmiş sənədləri araşdıraraq, hesab edir ki, təqdimat qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2531/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqinə əsasən cavabdeh Borclu xx.xx.2019-cu il tarixli LKK5753323 saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 1022 manat əsas borcu və 102 manat cərimə borcu,xx.xx.2019-cu il tarixli SDK5739243 saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 889 manat əsas borcu və 88 manat cərimə borcu ümumilikdə cəmi 2101 manat borc və 41.01 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq Tələbkar MMC-in xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2022-ci il son sorğulanma tarixli elektron çıxarışından görünür ki, Borclunun adına «Vaz 2103» markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı, «Vaz 21074» markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobillər vardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43-cü maddəsinə əsasən borclu barəsində tətbiq edilən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoyulması və onun satılması yolu ilə tələbin əmlaka yönəldilməsi tədbiridir. İcra haqqında Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu şəxslər icra sənədi üzrə tələb barədə məlumatlı olmasına baxmayaraq, icra sənədi indiyədək tam icra edilməmişdir. Bu hal isə tələbkarın haqlı narazılığına səbəb olmuşdur. Bu halda, məhkəmə qeyd olunan halları əsas götürərək, icra tələbi üzrə borcun məbləğini nəzərə alaraq, mütənasiblik prinsipini əsas götürərək, hesab edir ki, müvafiq icra sənədi üzrə tələbin icrasının təmin edilməsi məqsədilə borcluya məxsus «Vaz 2103» minik markalı, 10CC141 dövlət qeydiyyat nişanlı əmlakın üzərinə həbs qoyulmalı, təqdimat qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264-cü və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Borclu məxsus «Vaz 2103» minik markalı, **-CC-*** dövlət nömrə qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardadın icrası Qaradağ rayonu İcra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə həvalə edilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №8(002)-540/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-540/2022
24.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver