Məhkəmə qərarları › İş №8(002)-542/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-542/2022

28.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-542/2022 28.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi ilə, Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Orxan Göyüşlünün borclunun əmlakı üzərinə həbsin qoyulması barədə təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qətnaməsi üzrə 17 oktyabr 2022-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən cavabdeh Borclu xx.xx.2020-ci il tarixli müqavilə üzrə 182,4 manat ödənilməmiş əsas borc, 18 manat cərimə, ümumilikdə 200,4 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 230,4 manat (iki yüz otuz manat qırx qəpik) məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Orxan Göyüşlü təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasını təmin etmək və borcluya borcunu ödətdirmək məqsədi ilə Borclu adına qeydiyyatda olan “Opel Vectra” minik markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə, təqdimatın dəlillərini araşdıraraq və iş materiallarını nəzərdən keçirərək müəyyən edir ki, icraata xitam verilməsi haqqında qərarın surətinə əsasən Borclu borcunu tam şəkildə ödəmişdir. Bu səbəbdən, icra sənədi üzrə icra hərəkətlərinin aparılması və borclunun əmlakının üzərinə həbsin qoyulması qanunaziddir, ona görə də təqdimat əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarının surətindən görünür ki, icra sənədində qeyd olunan tələb Borclu tərəfindən tam şəkildə təmin olunmuşdur. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən, icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 20-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Hakimi : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar