Məhkəmə qərarları › İş №8(002)-544/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-544/2025

19.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-544/2025 19.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi Borclu iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-340/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin icrasına möhlət verilməsinə dair Borclu ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu məhkəmə nəzarəti qaydasında Nəsimi rayon məhkəməsində baxılıb qərar verilənə kimi Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-3140/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin icra olunması üçün möhlət verilməsinə barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qadadağ rayon məhkəməsinin xx.xx.2024-cu il tarixli e-2(002)-3140/2024 sayli qətnaməsi ilə onun Tələbkar maxsus Baki səhəri, Oaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-1 massiv. keçid 1, ev 1-da yerəşən 44 (yeni qaydalarla Qaradağ rayonu, Lokbatan qəsəbəsi, 37-ci Lokbatan köç girişdirirəm ki, mənzildən çıxarılmağın qət edilmişdir. Mübahisəli mənzili o, 2013-cü il tarida X2 almış və hazırda da ailə üzvüləri ilə birlikdə həmin mənzildə yaşayır. O, məcburi köçkün olmaqla həmin mənzilə dair alqı-satqı aparmadığına görə mənzil Fəxrəddinin adında qalmışdır. 2014-cu ildə Natiq adlı şəxslə iş gördüyünə görə həmin mənzili girov kimi Natiqə notariat qaydasında etibarnamə vermişdir. Onun Natiqə 15000 manat borcu qalmışdır. Natiq bundan istifadə edərək 100.000 manatlıq həmin mənzili Tələbkar alqı-satqı müqaviləsinə əsasən salmışdır. X1 ilə X6 arasında xx.xx.2024-cü il tarixli 51 saylı notariat ofisində ünvan 1 ünvanında yerləşən mənzilin satılması və bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə Nəsimi rayon məhkəməsində iddia qaldırmış və iş məhkəmənin icraatındadır.Bu səbəbdən də mənzilə dair mübahisə Nəsimi rayon məhkəməsində baxılıb qərar verilənə kimi Qadadağ rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(002)-3140/2024 saylı qətnaməsinin icrasına möhlət verilməklə dayandırılmalıdır.Qeyd edir ki, o, məcburi köçkün olmaqla uzun müddətdir ki, ailəsi ilə birlikdə həmin məzildə yaşayır. Başqa yaşayış yeri yoxdur. Qətnamə icra edilərsə onlar çöldə yaşamaq məcburiyytində qalacaqlar. Borclu məhkəmə iclasında qətnamənin icrası üçün ona möhlət verilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, müvafiq qətnamədən apeliyasiya şikayəti verilmişdir. Lakin şikayətləri təmin edilmədi və qətnamə qüvvədə qalmışdır.Bu evi 2012-ci ildə almışdır.Evi aldığı adam sonradan -12 il sonra evi Tələbkar satmışdır. Onun işi Talehlə yox, Natiqlədir. Taleh ona zəng edib demişdir ki, Natiq ona evi satmışdır. Evdə onun ailəsi yaşayır. Qətnamədə təkcə onun adı vardır. Hazırda Nəsimi Rayon Məhkəməsinə evin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, işdə iştirak edən icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdıraraq, borclunun izahatlarını dinləyərək hesab edir ki, rədd edilməlidir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon məhkəməsinin e-2(002)- 3140/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh Borclu iddiaçı Tələbkar məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, keçid 1, ev 1-də yerləşən 44 (yeni qaydalarla: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 37-ci Lökbatan küçəsi, giriş 9, M2, m2) saylı mənzildən çıxarılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin xx.xx.2025-ci il tarixli 595 saylı arayışdan görünür ki, Laçın rayonundan məcburi köçkün olan Borclu dövlət tərəfindən məcburi köçkünlərin müvvəqqəti məskunlaşması üçün salınmış qəsəbələrdə mənzillə təmin edilməmişdir. Azemis Elektron Məhkəmə Sistemindən görünür ki, Həsənov X3 Natiq Orucəli oğlu ilə X6 arasında xx.xx.20124-cü il tarixdə 51 saylı notarait ofisində bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə ı qeyd etməyi zəruri hesab edir. «Belə ki, «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının MPM-in 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikasının MPM-in 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx.xx.2005-ci il tarixli Qərarının 12-ci bəndinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qeyd edilənləri, işin hallarını, tələbkarın qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizənin təmin edilməsinə razılığı olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin e-2(002)-3140/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin icrasına möhlət verilməsinə dair Borclu ərizəsi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264-cü və 268-ci maddələrini İcra haqqında Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Qaradağ rayon məhkəməsinin e-2(002)-3140/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin icrasına möhlət verilməsinə dair Borclu ərizəsi təmin olunmasın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar