Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-545/2025 13.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(105)-583/2025 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin təqdimatına və təqdimatın baxılmadan geri qaytarılması barədə icra şöbəsinin məktubuna açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər Məhkəməsinin 10 iyun 2025-ci il tarixli 2(105)-583/2025 saylı (Zəngilan rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(034)-180/2024 saylı) saylı icra sənədinə əsasən tərəflərin birgə nikah dövründə əldə etdikləri «Ford Tranzit yük sərnişin» markalı ** UA *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırkı bazar qiyməti olan 15.430 manat pul vəsaitinin 7.715 manatı cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar verilməli, tərəflərin birgə nikah dövründə əldə etdikləri «Mercedes 230» minik markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə iddiaçı Tələbkar 1/2 və cavabdeh Borclu 1/2 payları müəyyən edilməlidir. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Əhmədzadə xx.xx.2025-ci il tarixdə təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsi 03 noyabr 2025-ci il tarixdə məhkəməyə məktub göndərərək, qeyd olunan icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə təqdimatı, təqdimatın baxılmadan qaytarılması barədə məktubu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-inin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 231, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Sumqayıt şəhər Məhkəməsinin 10 iyun 2025-ci il tarixli 2(105)-583/2025 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin təqdimatı baxılmadan geri qaytarılsın. Qərardaddan 10 (on gün) müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №8(002)-545/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-545/2025
13.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver