Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-548/2022 05.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi ilə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-172/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi ilə əlaqədar Borclu mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulmasına dair Qaradağ rayon İcra şöbəsinin icra məmurunun təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru Səbuhi Bağırovun borcluya məxsus avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət edərək, Borclu adına qeydiyyatda olan «X3 Prado» minik markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İcra məmuru təqdimatı onunla əsaslandırmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-172/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 4321 manat borc, hüquqların müdafiəsi üçün 100 manat, məhkəmə məsrəfi üçün 10 manat dövlət rüsumu məbləğində pul vəsaiti tələbkar X1 xeyrinə ödənilməlidir.Eyni zamanda Borclu müştərək qaydada 150 manat məbləğində pul tutlaraq Tələbkar –nin hesabına ödənilməlidir. icra sənədi xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir.icraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir.Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan «X3 Prado» minik markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, işdə iştirak edən tərəflər məhkəmə iclasına gəlməmişlər və məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Qeyd olunan icra sənədi icra olunması üçün Qaradağ rayon İcra şöbəsinə göndərilmiş və icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə müvafiq icra tədbirləri həyata keçirməlidir. Təqdimata əlavə olunmuş xx.xx.2021-ci il tarixli Qaradağ rayon icra şöbəsinin icraata başlamaq haqqında qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-172/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu c4321 manat borc, hüquqların müdafiəsi üçün 100 manat, məhkəmə məsrəfi üçün 10 manat dövlət rüsumu məbləğində pul vəsaiti tələbkar X1 xeyrinə ödənilməsi və Borclu müştərək qaydada 150 manat məbləğində pul tutularaq Tələbkar–nin hesabına ödənilməsi qət edilmişdir. Təqdimata əlavə edilmiş elektron portal çıxarışının surətindən görünür ki, «X3 Prado» minik markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətindədir. Məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus «X3 Prado» minik markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264-cü və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus «X3 Prado» minik markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə həbs qoyulsun. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Həşimova
Məhkəmə qərarları › İş №8(002)-548/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-548/2022
05.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver