Məhkəmə qərarları › İş №8(002)-550/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-550/2022

12.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-550/2022 12.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru Abuzər Əlizadənin Borclu icra yerinə məcburi gətirilməsi haqqında təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsindən məhkəməyə təqdimat daxil olmuşdur. Təqdimata əsasən müəyyən edilir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 12/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Tələbkar tərəflərin birgə nikahlarından doğulmuş azyaşlı övladları xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2014cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 ilə hər həftənin şənbə günü saat 10:00dan bazar günü saat 10:00-dək ananın iştirakı olmadan gecə qalmaq şərti ilə ünsiyyətdə olması üçün görüş vaxtı müəyyən edilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclu Əsədova (Kazımova) Salatın Ədalət qızının icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmış, bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Yuxarıda göstərilənləri və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədinin icrasının təmin edilməsi məqsədilə ünvan 1 ünvanında qeydiyyatda olan Əsədova (Kazımova) Salatın Ədalət qızı icra yerinə, yəni Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə tələbkar, borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata tələbkar, borclu və icra məmurunun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Beləliklə, məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat aşağıdakılara görə təmin olunmalıdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcluya icra sənədində göstərilən tələbin 10 gün müddətinə könüllü olaraq təmin edilməsi bildirilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Adı çəkilən Qanunun 84.3-cü maddəsinə əsasən və bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Yuxarıda göstərilənlərə və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə əsasən, məhkəmə Q ə r a r a a l d ı: Təqdimat təmin olunsun. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-12/2022 nömrəli, 19.041.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə ünvan 1 ünvanında qeydiyyatda olan Əsədova (Kazımova) Salatın Ədalət qızı icra yerinə, yəni Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: KAMRAN ƏSƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar