Məhkəmə qərarları › İş №8(002)-552/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-552/2022

06.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-552/2022 06.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi ilə, Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Orxan Göyüşlünün borclunun əmlakı üzərinə həbsin qoyulması barədə təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli qətnaməsi üzrə 25 oktyabr 2022-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən cavabdeh Borclu 1067 manat ödənilməmiş əsas borc və 21 manat dövlət rüsumu olmaqla, cəmi 1088 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Orxan Göyüşlü təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasını təmin etmək və borcluya borcunu ödətdirmək məqsədi ilə Borclunın adına qeydiyyatda olan “KAMAZ 5511” yük markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21214” minik markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Passat” minik markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı və “Toyota Prado” minik markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə, təqdimatın dəlillərini araşdıraraq və iş materiallarını nəzərdən keçirərək müəyyən edir ki, təqdimatda tələbin könüllü icrası barədə bildirişin borclunun ünvanına göndərildiyi göstərilsə də, tələbin könüllü icrası barədə bildirişin borcluya göndərilməsini və borclunun həmin bildirişi almasını təsdiq edən hər hansı sənəd təqdimata əlavə edilməmişdir. Ona görə də məcburi icra tədbirinin tətbiqi üçün qanunla müəyyən edilmiş şərtlərin mövcudluğu müəyyən edilmədiyindən, borclunun əmlakı üzərinə həbs qoyulması ilə bağlı təqdimat əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 1-1-ci maddəsinə əsasən, icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən, bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 44-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Hakimi : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar