Məhkəmə qərarları › İş №8(002)-558/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-558/2022

08.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-558/2022 08.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X2 oğlunun katibliyi, Tələbkarın nümayəndəsi X1, İcra məmuru Orxan Göyüşlünün iştirakı ilə, Qaradağ Rayon Məhkəməsinin 2(002)-2421/2022 nömrəli,xx.xx.2022-ci il tarixli qərarın icrası ilə əlaqədar Borclu məxsus avtomobilin üzərinə həbs qoyulması dair Qaradağ rayon İcra şöbəsinin icra məmuru Orxan Göyüşlünün təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru Orxan Göyüşlünün borcluya məxsus avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət edərək, borcun ödənilməsini təmin etmək məqsədi ilə Borclu məxsus olan “KAMAZ 5511” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılması məsələsinə baxılmasını xahiş etmişdir. İcra məmuru təqdimatı onunla əsaslandırmışdır ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)- 2421/2022 nömrəli,xx.xx.2022-ci il tarixli qərarına əsasən Borclu 335 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar MMC-in xeyrinə ödənilməlidir.İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir.Belə ki,“Elektron icra” informasiya sistemindən əldə olunmuşsorğuməlumatınaəsasən müəyyən olunmuşdur ki, Borclu məxsusolan “KAMAZ 5511” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır.İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir.Qeyd edilənlərin nəzərə alınaraq, təqdimatın təmin edilməsini məhkəmədn xahiş etmişdir. İcra məmuru məhkəmə iclasında iştirak edərək,təqdimatın məzmununa və dəlillərinə uyğun izahat verərək, öz izahatında borclu şəxsə bildiriş göndərdiyini, lakin xəbərnaməsi olmadığını, bundan əlavə sms xəbərdarlıq göndərdiyini, onu tapa bilmədiyini, izahatını ala bilmədiyini, başqa məcburi təbdirlərin görülmədiyini bildirərək, təqdimatın təmin olunmasını xahiş etmişdir. Tələbkarın nümayəndəsi məhkəmə iclasında iştirak edərək,izahat verərək, öz izahatında borclu şəxsi tapa bilmədiklərini, borcundan xəbəri olduğunu, lakin ödəyə bilmədiyini, bu hal isə onların hüquqlarını pozduğunu bildirərək, bu halların nəzərə alınaraq, təqdimatın təmin olunmasını xahiş etmişdir. Borclu şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmişlər və məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. İcra haqqında Azərbaycan Respublikası Qanunun 43-cü maddəsinə əsasən borclu barəsində tətbiq edilən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoyulması və onun satılması yolu ilə tələbin əmlaka yönəldilməsi tədbiridir. İcra haqqında Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, hazırki icra sənədi üzrə borclu şəxsin müvafiq icra sənədi barədə məlumatlı olub-olmaması halına, tələbin könüllü icrası barədə bildiriş, habelə həmin bildirişin borclu şəxs tərəfindən təhvil alınıb-alınmamasına dair heç bir sənəd təqdimata əlavə edilməmişdir. Bununla da hazırki icra sənədi üzrə borclu şəxsin icra sənədi barədə məlumatlı olması, icra sənədinin icrasından qəsdən yayınması halının müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, icra sənədi üzrə borcun məbləğini nəzərə alaraq, qeyd edilən halın müəyyən edilmədən borcluya məxsus əmlak üzrə həbs qoyulmasına dair tədbirin tətbiq edilməsi özlüyündə şəxsin əmlak hüquqlarının əsassız yerə məhdudlaşdırılması ilə nəticələnə bilər. Ona görə də qeyd olunan halları nəzərə alaraq, məhkəmə hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar