Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-58/2024 13.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X4 oğlunun katibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-965/2023-033 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Qaradağ Rayon İcra şöbəsinin İİ dərəcəli ədliyyə qulluqçusu X1 tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinin İ dərəcəli ədliyyə qulluqçusu X1 təqdimatla məhkəməyə müraciət edərək, Borclunın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarxili qərarla icraata başladığı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-965/2023-033 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.1981-ci ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 6674.28 manat məbləğində pul vəsaiti tutularaq tələbkar “BANK VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq Borclunın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş edir. Borclu, tələbkar və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaq, tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən təqdimata tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri, eləcə də təqdimat üzrə e127237/2023-34-21-004 nömrəli icra işinin materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olmaqla təmin edilməlidir. Belə ki, icra işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən müəyyən edilir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-965/2023-033 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdehlər X2 və Borclu müştərək qaydada 04 Avqust 2021-ci il tarixli, 760 №li kredit müqaviləsi üzrə yaranmış 5000 manat məbləğində əsas borc və 1588.69 manat məbləğində faiz borcu olmaqla, cəmi 6588.69 manat məbləğində borc pul vəsaiti və ödənilmiş 85.89 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı «X6» Bakı filialının xeyrinə ödənilməlidir. Göstərilən icra sənədi icra olunması üçün Bakı şəhər Qaradağ rayon İcra Şöbəsinə göndərilmiş, icra məmuru A.Allahverdiyev tərəfindən xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərar qəbul edilərək tələbin könüllü icrası barədə borcluya bildirişi xx.xx.2023-cü il tarixdə borclu qəbul etmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmə qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimata əsasən 2.1-ci maddəsinə əsasən, məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Təlimatın 2.2-ci maddəsinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər...2.2.2. icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; 2.2.3. borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. İcra haqqında qanunvericiliyin tələbindən və işin faktiki hallarından göründüyü kimi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tədbirinin tətbiqi əsasları hazırkı halda mövcuddur. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən və məhkəmənin sorğusuna əsasən təqdim edilmiş e127237/2023-34-21-004 nömrəli İcra İşinin materiallarından aydın olur ki, Borclu icra sənədi barədə məlumatlıdır, icra sənədini üzrsüz səbəbdən uzun müddətdir icra etmir. İcra məmuru A.Allahverdiyev tərəfindən xx.xx.2023-cü il tarixli “borclunun axtarışı haqqında” qərar qəbul edilərək borclu xx.xx.1981-ci il təvəllüdlü Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Borclu barəsində axtarış elan edilməsi qərara alınmışdır. İcra haqqında Qanunun 84-cü maddəsinə əsasən, icra məmurunun qanuni tələblərinin yerinə yetirilmədiyi, o cümlədən qərarların icra olunmaması halında barəsində müvafiq icra tədbirlərinin görüləcəyi barədə ona xəbərdarlıq edilmiş, bunlara baxmayaraq borclu icra sənədinin icrasından bu günədək üzrsüz səbəbdən yayınmışdır. Odur ki, könüllü icra üçün müəyyən edilmiş vaxtda borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə icra məmurunun təqdimatı əsaslıdır. Məhkəmə qeyd olunan icra sənədindən məlumatlı olan borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması halını, məhkəmə qərarının uzun müddət icrasız qalmasını, icra məmuru tərəfindən görülmüş tədbirlərin nəticə verməməsini, “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatda qeyd edilən əsasların hazırkı işdə yaranmasını nəzərə alaraq və tələbkarın mənafeyini əsas götürərək hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 231, 267-268ci cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1981-ci il təvəllüdlü Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Borclu (FİN xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №8(002)-58/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-58/2024
13.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver