Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-583/2022 27.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Qaradağ Rayon Məhkəməsinin 3(002)-862/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrası məqsədi ilə Borclu Bakı şəhər Probasiya İdarəsinə məcburi qaydada gətirilməsinə dair Bakı şəhər Probasiya İdarəsinin icra məmurunun təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Probasiya İdarəsinin icra məmuru Hümmət Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, Borclu Bakı şəhər Probasiya İdarəsinə məcburi qaydada gətirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir Təqdimat onunla əsaslandırılmışdır ki, Borclu Qaradağ Rayon Məhkəməsinin 3(002)-862/2022 saylı xx.xx.2022-ci il qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 160 saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərarın surəti xx.xx.2022-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və qərarın surəti bildirişlə birlikdə Borclu qərarda qeyd olunan ünvan 1 ünvanına göndərilmişdir. Lakin Borclu bildirişi almasına baxmayaraq Bakı Şəhər Probasiya İdarəsinə gəlməmişdir. “icra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir.Göstərilənlərə əsasən və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, Borclu oğlunun məcburi gətiriməsi barədə qərar qəbul eduilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaq, icra məmuru və məhkəmə iclasına gəlməmiş və məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olmaqla təmin edilməlidir. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 3(002)-862/2022 saylı xx.xx.2022-ci il qərarına əsasən Borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 160 saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi, inzibati tənbehin müddəti Borclu ictimai işlərin yerinə yetirilməsinə cəlb olunduğu vaxtdan hesablanması, Borclu üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulması qərara alınmışdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. İcra haqqında qanunvericiliyin tələbindən görünür ki, borclunun məcburi gətirilməsi tədbiri o halda tətbiq olunur ki, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınmış olsun. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, şəxs müvafiq icra sənədi üzrə məlumatı olmuşdur. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə Borclu barəsində icra məmuru tərəfindən müvafiq icra sənədinin icrasının təmin edilməsi məqsədilə bir sıra icra hərəkətləri həyata keçirilsə də, müvafiq icra sənədi üzrə tələbin icrasının təmin edilməsi mümkün olmamışdır. Eyni zamanda, məhkəmə araşdırması zamanı şəxsin icra məmurunun çağırışlarından yayınmasının üzrlü səbəbdən baş verməsi halını da müəyyən etmək mümkün olmamışdır. Ona görə də məhkəmə qeyd olunan halları nəzərə alaraq, hesab edir ki, təqdimat əsaslı olmaqla, təmin edilməlidir. Qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2 və 84.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1998-ci il tarixdə Əli Bayramlı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Bakı şəhər Probasiya İdarəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradağ Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Həşimova
Məhkəmə qərarları › İş №8(002)-583/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-583/2022
27.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver