Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-59/2024 13.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X4 oğlunun katibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi 2(002)-1449/2023-012 saylı, xx.xx.2023-ci il tarixli icra sənədinin icrası məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Qaradağ Rayon İcra şöbəsinin İ dərəcəli ədliyyə qulluqçusu X2 tərəfindən verilmiş təqdimatına açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon İcra İcra şöbəsinin İ dərəcəli ədliyyə qulluqçusu X2 təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi 2(002)- 1449/2023-012 saylı, xx.xx.2023-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.1990-ci ildə anadan olmuş və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 3-cü massiv ünvanında qeydiyyatda olan və yaşayan Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 400 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2023-ci il tarixində Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. Başlanılmış icraat üzrə ötən dövrdə Borclu məhkəmə qərarının icrasından yayınmışdır. Borclu icra şöbəsinə dəvət olunsada o icra məmurunun çağırışlarına məhəl qoymayaraq şöbəyə gəlməkdən və məhkəmə qərarının icrasından qəsdən yayınmışdır. Əldə etdiyi məlumata görə borclunun ölkə xaricinə çıxma ehtimalı vardır. Bu səbəbdən, Borclunın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində qərardad çıxarılması xahiş edilir. Borclu, tələbkar və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaq, tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən təqdimata tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri, eləcə də təqdimat üzrə e199943/2023-34-6-004 nömrəli İcra işinin materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olmaqla təmin edilməlidir. Belə ki, icra işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən müəyyən edilir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi 2(002)-1449/2023-012 saylı, xx.xx.2023-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər bir uşaq üçün hər ay 200 (iki yüz) manat olmaqla, hər ay cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməsi, alimentin tutulması 12 aprel 2023-cü il tarixdən hesablanması, alimentin tutulması hissəsində qətnamə dərhal icra edilməsi qərara alınmışdır. Göstərilən icra sənədi icra olunması üçün Bakı şəhər Qaradağ rayon İcra Şöbəsinə göndərilmiş, icra məmuru S.Əhmədli tərəfindən xx.xx.2023-ci il tarixli “İcraata başlamaq haqqında” qərar qəbul edilərək tələbin könüllü icrası barədə borcluya bildirişi xx.xx.2023-ci il tarixdə cavabdehlə tanış etdirmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmə qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimata əsasən 2.1-ci maddəsinə əsasən, məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Təlimatın 2.2-ci maddəsinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər...2.2.2. icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; 2.2.3. borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. İcra haqqında qanunvericiliyin tələbindən və işin faktiki hallarından göründüyü kimi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tədbirinin tətbiqi əsasları hazırkı halda mövcuddur. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən və məhkəmənin sorğusuna əsasən təqdim edilmiş e199943/2023-34-6-004 nömrəli İcra İşinin materiallarından aydın olur ki, borclu Fəxriyar Həşimov icra sənədi barədə məlumatlıdır, icra sənədini üzrsüz səbəbdən uzun müddətdir icra etmir. İcra məmuru S.Əhmədli tərəfindən xx.xx.2023-cü il tarixli “borclunun axtarışı haqqında” qərar qəbul edilərək borclu xx.xx.1990-cı il təvəllüdlü Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 3-cü massiv ünvanında qeydiyyatda olan Borclu barəsində axtarış elan edilməsi qərara alınmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(002)-328/2024 saylı inzibati xəta haqqında iş üzrə Borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08(səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Borclu Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi 2(002)-1449/2023-012 saylı, xx.xx.2023-ci il tarixli icra vərəqəsinə əsasən Tələbkar ödəməli olduğu aliment borcunu ödəməmiş və nəticədə 3600 manat aliment borcu yaranmışdır. İcra haqqında Qanunun 84-cü maddəsinə əsasən, icra məmurunun qanuni tələblərinin yerinə yetirilmədiyi, o cümlədən qərarların icra olunmaması halında barəsində müvafiq icra tədbirlərinin görüləcəyi barədə ona xəbərdarlıq edilmiş, bunlara baxmayaraq borclu icra sənədinin icrasından bu günədək üzrsüz səbəbdən yayınmışdır. Odur ki, könüllü icra üçün müəyyən edilmiş vaxtda borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə icra məmurunun təqdimatı əsaslıdır. Məhkəmə qeyd olunan icra sənədindən məlumatlı olan borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması halını, məhkəmə qərarının uzun müddət icrasız qalmasını, icra məmuru tərəfindən görülmüş tədbirlərin nəticə verməməsini, “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatda qeyd edilən əsasların hazırkı işdə yaranmasını nəzərə alaraq və tələbkarın mənafeyini əsas götürərək hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 231, 267-268ci cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1990-cı il təvəllüdlü Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 3-cü massiv ünvanında qeydiyyatda olan Borclu (FİN xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №8(002)-59/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-59/2024
13.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver