Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-591/2025 04.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, X1, Tələbkar iştirakı ilə, X1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(002)- 1865/2024 saylı qətnaməsinin hissə-hissə icra olunması barədə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(002)- 1865/2024 saylı qətnaməsinə əsasən iddiaçı Tələbkar cavabdehlər X5 və X6 qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh X3 maddi ziyanın əvəzi olaraq 13.600 manat məbləğində, mənəvi ziyanın əvəzi olaraq 1.500 manat məbləğində pul vəsaiti və ödənilmiş 86 manat dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar ödənilməsi; 22 manat ekspertiza xərcinin iddiaçı Tələbkar, 28 manat dövlət rüsumunun cavabdeh X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)- 1138/2025 saylı qətnaməsindən görünür ki, iddiaçı Tələbkar apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2(002)-1865/2024 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. X2 ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin hissə-hissə icra olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, yuxarıda qeyd edilən qətnamə üzrə verilmiş icra sənədi məcburi şəkildə icraya yönəldilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən icraya yönəldilmiş 15.000 manat məbləğin 10.000 manatını qarşı tərəfə tam həcmdə ödəmişdir. Bu barədə ödəniş qəbzini qoşma qismində ərizəsinə əlavə edir. Lakin qalan 5.000 manat məbləğin ödənilməsini gecikdirdiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə əlavə olaraq 500 manat cərimə olunmuşdur. Bildirir ki, anası ilə rayonda təkbaşına yaşayır və rəsmi iş yeri yoxdur, maddi vəziyyəti və səhhəti ilə bağlı olaraq həmin məbləği birdəfəlik ödəməyə imkanı yoxdur. O cümlədən, həmin pul vəsaitinin yönəldilməsi üçün heç bir daşınar və daşınmaz əmlakı yoxdur. Bu səbəbdən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2(002)-1865/2024 saylı icra sənədi üzrə 5.000 manat borcun hissə-hissə – hər ay 300-500 manat ödənilməklə icra edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. X2 məhkəmə iclasında ərizəni müdafiə etdi, ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Tələbkar məhkəmə iclasında ərizəni qəbul etmədi, ciddi narazılığını bildirdi və qeyd etdi ki, borcun hissə-hissə ödənilməsi onun maraqlarına uyğun deyil. Hər ay 300-500 manat civarında pul ödənişi həyata keçirməklə, borc məbləğinin tam ödənilməsi kifayət qədər uzun müddət aparır. Bu səbəbdən, məhkəmədən ərizənin təmin edilməməsi barədə qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə icra məmuruna məlumat verilməsinə baxmayaraq, icra məmuru naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə ərizəyə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin tələblərinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə qeyd olunan prosessual hüquq normasının tələbini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilə bilməz. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(002)- 1865/2024 saylı qətnaməsinə əsasən iddiaçı Tələbkar cavabdehlər X5 və X6 qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh X3 maddi ziyanın əvəzi olaraq 13.600 manat məbləğində, mənəvi ziyanın əvəzi olaraq 1.500 manat məbləğində pul vəsaiti və ödənilmiş 86 manat dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar ödənilməsi; 22 manat ekspertiza xərcinin iddiaçı Tələbkar, 28 manat dövlət rüsumunun cavabdeh X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)- 1138/2025 saylı qətnaməsindən görünür ki, iddiaçı Tələbkar apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2(002)-1865/2024 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Borclu ondan tutulmalı olan borcu hissə-hissə ödəməkdə maraqlı olmasını sübut etməmiş, inzibati qaydada tənbeh ediləndən sonra borcun hər hansı bir hissəsini tələbkara ödəməmiş, eləcə də, tələbkara ödənilməsi üçün pul vəsaitini icra məmuru tərəfindən təqdim edilən depozit hesaba köçürməmişdir. Digər sözlə ifadə etdikdə, borclu borcu hissə-hissə ödəməkdə maraqlı olduğunu real hərəkətləri ilə göstərməmişdir. Digər tərəfdən, borclunun ərizəsində istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, tələbkar ona borcun hissə-hissə, ələlxüsus hər ay 300-500 manat civarında ödənilməsinə razı olmadığını bildirir. Məhkəmə qeyd edir edir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Göründüyü kimi, tələbkar borcun hər ay 300-500 manat ödənilməsi şərti ilə icra sənədinin hissə-hissə icra edilməsinin onun mənafeyinə uyğun olmadığını bildirir və ərizənin təmin edilməsinə etiraz edir. Həqiqətən də, qətnamə üzrə tutulmalı olan məbləğin hər ay 300-500 manat ödənilməsi icra sənədinin uzun müddət ərzində icra edilməsi deməkdir ki, bu da tələbkarın haqlı narazılığına səbəb olur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(002)- 1865/2024 saylı qətnaməsinin hissə-hissə icra olunması barədə ərizəsi təmin edilməsin. Qərardaddan, onun rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №8(002)-591/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-591/2025
04.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver