Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-60/2023 24.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi ilə, Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədzadənin daşınar əmlak (avtomobil) üzərinə həbsin qoyulması barədə təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3168/2022 saylı, 15 noyabr 2022-cü il tarixli qətnaməsi üzrə 27 dekabr 2022-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən, cavabdeh Borclu xx.xx.2021-ci il tarixli ********* saylı müqavilə üzrə 1009 manat məbləğində əsas borc, 100,9 manat məbləğində cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı müqavilə üzrə 187,5 manat məbləğində əsas borc, 18,75 manat məbləğində cərimə olmaqla, cəmi 1316,15 manat məbləğində borc pul vəsaiti və 32 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədzadə təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasını təmin etmək və borcluya borcunu ödətdirmək məqsədi ilə Borclu adına qeydiyyatda olan “KİA RİO” minik markalı, **-BE-*** nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədzadə təqdimatını onunla əsaslandırmışdır ki, icra sənədi icraata xx.xx.2022-ci il tarixdə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası barədə bildirişlə birlikdə borcluya göndərilmişdir. Lakin borcluya edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq borclu tələbin könüllü icrası müddətində icra sənədinin tələblərini icra etməmiş və icra sənədində göstərilən borc məbləğini ödəməmişdir. Borclunun əmlak vəziyyətini müəyyən etmək məqsədilə aidiyyatı dövlət orqanlarına sorğular ünvanlanmış və bəlli olmuşdur ki, Borclu məxsus “KİA RİO” minik markalı, **- BE-*** dövlət qeydiyyat nişanlı avtomobil dövlət qeydiyyatına alınmışdır. Qeyd olunan borc məbləği ödənilmədiyindən o, göstərilən təqdimatla məhkəməyə müraciət etmiş və məhkəmədən təqdimatın təmin olunmasını xahiş etmişdir. İş materiallarında olan elektron icra sistemindən çıxarışdan görünür ki, Borclu mülkiyyətində olan “KİA RİO” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatda vardır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Bütün göstərilən halları və təqdimata əlavə edilən sənədləri, o cümlədən borcluya ünvanlanmış sms-bildirişin surətini nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 263 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Borclu mülkiyyətində olan “KİA RİO” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardad icra olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Hakimi : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №8(002)-60/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-60/2023
24.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver