Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-600/2025 12.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Babayeva Nərmin Sahib qızının katibliyi, Ərizəçi Tələbkar iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1073/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin indeksasiya olunması üçün Tələbkar ərizəsinə Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək yetkinlik yaşına çatmayan xx.xx.2015ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu Tələbkar İrzxan qızının sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində sabit pul məbləğində alimentin indeksasiya olunması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1073/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onunla maraqlı şəxs arasında bağlanılmış xx.xx.2015-ci il tarixli Bakı Nikah Evində bağlanmış 659 saylı nikah qeydi pozularaq xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin bütün bunlar belə uşağın xərclərini qarşılaya bilmir. Uşaqlar azyaşlı olduğu üçün o da işləyə bilmir. Onların geyimi, yeməklə təmini, təhsil xərcləri və digər məişət xərcləri də daxil olmaqla tələbatı qeyd olunan aliment məbləği ilə ödənmir. Cavabdeh indiyə qədər uşaqla maraqlanmır. Onun bütün ehtiyaclarını özü ödəməyə çalışır. Ərizəçi Tələbkar məhkəmə iclasında ərizəni müdətiə edərək cavabdehin aliment borcu olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdlər. Məhkəmə cavabdehin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. İş materiallarından olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1073/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq, Borclu X1 xeyrinə hər ay 170 manat sabit pul məbləğində aliemnt tutulması qət edilmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1073/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Həmçinin, məhkəmə qeyd edir ki, hazırda ərizəçi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 saylı qərarına istinad edərək, xx.xx.2015-ci il təvəllüdlü X4 münasibətdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1073/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş sabit pul məbləğində alimentin sonrakı artımlar nəzərə alınmaqla indeksasiya olunnmasını xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir. Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşma çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarının 8.4- 2 yarımbəndində qeyd edilmişdir ki, Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1 -ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). X5 görə “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 saylı qərarını əsas götürərək hesab edir ki, ərizə təmin edilməlidir. Beləki, xx.xx.2015-ci il təvəlüdlü X4 üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1073/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulmuş 170 manat məbləğində alimentin miqdarının 2020-ci il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0.68 mislini təşkil edir. Hazırda məhkəmə hesab edir ki, qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının həmin dövr üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.68 mislini təşkil etdiyini nəzərə alaraq alimentin məbləğinin 2025-ci il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının-400 manat məbləğinin 0.62 misli həddində indeksasiya olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasmı həyata keçirə bilər. Beləliklə, məhkəmə 2025-ci il üzrə minimum aylıq əmək haqqının 400 manat olmasını nəzərə alınmaqla, xx.xx.2015-ci il təvəlüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının məbləğinin 0.62 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1073/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvəlüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün təyin edilmiş alimentin məbləği ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilərək, xx.xx.2025-ci il tarixdən başlayaraq Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının məbləğinin 0.62 misli həddində sabit pul məbləğində aliment tutulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №8(002)-600/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-600/2025
12.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver