Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-602/2025 16.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, İsgəndərova Zöhrə Ədalət qızının katibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-354/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Borclu əmlakı (avtomobili) üzərinə qoyulmuş həbsin götürülməsinə dair Qaradağ rayon İcra şöbəsinin icra məmuru Abuzər Əlizadənin təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin icra məmuru Abuzər Əlizadə avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus olan «TOYOTA PRİUS (HİBRİD)» minik markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul olumasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırmışdır ki, icra sənədi icraata xx.xx.2025-ci il tarixdə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Məcburi icra tədbirlərinin davam etdirilməsi məqsədi ilə onlar tərəfindən verilmiş təqdimat əsasında Qaradağ rayon məhkəməsinin 8(002)-354/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Borclu məxsus “TOYOTA PRİUS (HİBRİD)” minik markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə tələb Borclu tərəfindən tam şəkildə təmin edilmiş və bu barədə tələbkar təşkilatdan ərizə alınmışdır. İcra sənədinin icrası borclu tərəfindən tam təmin edildiyindən xx.xx.2025-ci il tarixli qərarla icra sənədinin icraatına xitam verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, işdə iştirak edən tərəflər məhkəmə iclasına gəlməmişlər və məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdıraraq, tələbkarın ifadəsini dinləyərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, təqdimata əlavə edilmiş Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 3671/2024 saylı xx.xx.2024-ci il-cü il tarixli icra sənədinə əsasən Borclu 1174 manat əsas borc və 31.74 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-in xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)- 354/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Borclu məxsus olan «TOYOTA PRİUS (HİBRİD)» minik markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Təqdimata əlavə edilmiş Qaradağ rayon icra şöbəsinin xx.xx.2025-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, icra sənədində qeyd olunan tələb Borclu tərəfindən tam şəkildə təmin olunmuşdur. İcra haqqında Azərbaycan Respublikasının qanununun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduğu üçün icra sənədinə xitam verilmişdir. Məhkəmə hesab edir ki, hazırda icra sənədi tələbkarın ərizəsi əsasında məhkəməyə geri qaytarıldığından, yəni artıq icra şöbəsində müvafiq icra sənədi icra işi olmadığından həmin icra sənədi üzrə görülmüş məcburi icra tədbirləri ləğv edilməlidir. Bu səbəbdən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-354/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən «TOYOTA PRİUS (HİBRİD)» minik markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264-cü və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-354/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Borclu məxsus olan «TOYOTA PRİUS (HİBRİD)» minik markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv olunsun. Qərardadın surəti icra edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə göndərilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №8(002)-602/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-602/2025
16.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver