Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-607/2025 25.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Babayeva Nərmin Sahib qızının katibliyi, Tələbkar iştirakı ilə, Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(002)-69/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin indeksasiya olunması üçün Tələbkar ərizəsinə Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(002)-69/2022 saylı qətnaməsinə əsasən Borclu azyaşlı övladları xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər tərəfindən himayə edilib saxlanması üçün onun xeyrinə hər bir uşağın hər ay ödəməli olduğu 193 manat sabit pul məbləğində alimentin miqdarını 2025-ci il üçün ölkədə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən misliyə uyğun sabit pul məbləğində indesasiy edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(002)-69/2022 saylı qətnaməsinə əsasən Borclu azyaşlı övladları xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər tərəfindən saxlanmaları üçün xx.xx.2022-ci ildən başlayaraq hər ay onun xeyrinə hər bir uşağa 193 manat olmaqla, cəmi 386 manat məbləğində pul ödəməlidir. Qətnamə çıxdığı ildən başlayaraq sabit pul məbləğində təyin edilən alimentin miqdarı hər bir uşağın aylıq minimum dolanışıq məbləğinə müvafiq olaraq hər il artırılmış, 2025-ci il üçün 246 manat məbləğində müəyyən edilmişdir. Həmçinin 2025-ci il ölkədə əmək haqqının minimum məbləği 400 manat müəyyən edilmişdir. Uşaqları böyümüş tələbatları artmışdır. Onların geyim, qidalanma, dərs ləvazimatları və digər tələbatları artmışdır. O işləmir, ancaq uşaqlara və ağır xəstə olan anasına baxır. Borclu tərəfindən ona ödənilən alimentin məbləğinin hər il müəyyən olunmuş minimum əmək haqqının artım məbləğinə uyğun indeksasiyasına ehtiyacı vardır. Borclu “Şaqman” yük maşını işlədir və alimenti ödəmək imkanı var. Tələbkar məhkəmə iclasında qeyd etdi ki, birgə nikahdan iki uşaqları var, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(002)-69/20220 saylı qətnaməsi ilə hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Tələbkar hazırda həmin qətnamə ilə nəzərdə tutulan aliment miqdarının indeksasiyası barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş materiallarından olan Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(002)- 69/2022 saylı qətnaməsindən görünür ki, cavabdeh X1 xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay bir uşağa görə 193 manat olmaqla iki uşağa görə cəmi 386 manat sabit pul məbləğində aliment iddiaçı Tələbkar xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qeyd edir ki, Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(002)- 69/2022 saylı qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Həmçinin, məhkəmə qeyd edir ki, hazırda ərizəçi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 saylı qərarına istinad edərək, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 üçün Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(002)-69/2022 saylı qətnaməsi ilə təyin edilmiş sabit pul məbləğində alimentin sonrakı artımlar nəzərə alınmaqla indeksasiya olunmasını xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir. Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşma çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarının 8.4- 2 yarımbəndində qeyd edilmişdir ki, Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1 -ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). X7 görə “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 saylı qərarını əsas götürərək hesab edir ki, ərizə təmin edilməlidir. Beləki, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 üçün Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(002)-69/2022 saylı qətnaməsi ilə tutulmuş 193 manat məbləğində alimentin miqdarının 2022-ci il üzrə müəyyən edilmiş 300 manat məbləğində minimum əmək haqqının 0,64 mislini təşkil etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırda alimentin məbləğinin 2025-ci il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının-400 manat məbləğinin 0,64 misli həddində indeksasiya olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.1 -ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasmı həyata keçirə bilər. Beləliklə, məhkəmə 2025-ci il üzrə minimum aylıq əmək haqqının 400 manat olmasını nəzərə alınmaqla, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq borclu X3 Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının məbləğinin 0,64 misli həddində sabit pul məbləğində aliment tutulsun. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizə təmin edilsin. Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(002)-69/2022 saylı qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün təyin edilmiş alimentin məbləği ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilərək, xx.xx.2025-ci il tarixdən başlayaraq borclu X3 Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının məbləğinin 0,64 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №8(002)-607/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-607/2025
25.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver