Məhkəmə qərarları › İş №8(002)-61/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-61/2025

19.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-61/2025 19.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi ilə, X1nın alimentin indeksasiyası barədə ərizəsinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X1 alimentin indeksasiyası barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-665/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş sabit pul məbləğində alimentin indeksasiya olunaraq, sonrakı artımlar nəzərə alınmaqla xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-665/2022 saylı qətnaməsinə əsasən, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 24 yanvar 2022-ci il tarixdən başlayaraq Borclu hər ay hər uşağa görə 193 manat olmaqla, iki uşağa görə 386 manat məbləğində alimentin tutularaq X3 verilməsi qət edilmişdir. Təyin olunan aliment uşaqların saxlanmasına kifayət etmir. Qeyd olunanlara əsasən, ərizənin təmin olunmasını xahiş edir. X1 məhkəməyə xx.xx.2025-ci il tarixdə ərizə ünvanlayaraq, ərizəyə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin olunmasını xahş etmişdir. Borclu məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 231.2, 232.2-ci maddələrinə əsasən, ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-665/2022 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 24 yanvar 2022-ci il tarixdən başlayaraq Borclu hər ay hər uşağa görə 193 manat olmaqla, iki uşağa görə 386 manat məbləğində alimentin tutularaq X3 verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı, 773130 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, Rəzmi Hidayətin atası Borclu, anası X7r. İş materiallarında olan AZ-İV seriyalı, 138145 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, Rəzmi Aminin atası Borclu, anası X7r. İş materiallarında olan AZ-İ seriyalı, 421994 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Borclu ilə X10 arasında nikahın ləğv edilməsi 12 avqust 2022-ci il tarixində qeydiyyata alınmış, qadına Pircanova soyadı verilmişdir. Beləliklə, məhkəmə, iş materiallarında olan sənədləri tədqiq edərək, eyni zamanda əvvəl təyin edilmiş alimentin miqdarının müvafiq ilin minimum əmək haqqının 0,64 mislində olduğunu (0,64x300=192) nəzərə alaraq belə qənaətə gəlir ki, ərizə qismən əsaslı hesab edilməli, ərizənin verildiyi 05 fevral 2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Borclu X1nın xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-2 yarımbəndi əlavə edilmişdir: Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Həmin Qərarın 8.11-1-ci yarımbəndinə əsasən, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən, 2022-ci ildə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının məbləği 300 manat olmuş, 2025-ci il yanvar ayının 1-dən ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının məbləği 400 manat müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 231, 232, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizə qismən təmin edilsin. 05 fevral 2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Borclu X1nın xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində aliment tutulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Hakimi: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar