Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-66/2023 23.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ X3 Hüseynovun sədrliyi, Amil Rəfayel oğlu Mirzəliyevin katibliyi ilə, Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədzadənin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1452/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinin izah olunması barədə ərizəsini və ona əlavə edilən sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1452/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, iddiaçı Tələbkar uşaqları xx.xx.2010-cu il təvəllüdlü Borclu1, xx.xx.2012-ci il təvəllüdlü Borclu2, xx.xx.2016-cı il təvəllüdlü Borclu3 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Yeni yaşayış massivi 2, küçə 6, 9 saylı evə köçürülməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 6971/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh Əliyeva Svetlana Əlibaba qızının apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1452/2019 saylı, 08 avqust 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2735/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdeh Əliyeva Svetlana Əlibaba qızının kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6971/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-2735/2021 saylı qərarı ilə həmçinin müəyyən edilmişdir ki, mübahisəli evin üçüncü şəxs Xalfaməd Fətəliyevə satılması və hazırda onun ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşaması üçün hər hansı hüquqi əsas mövcud deyildir və qeyd olunan hal iddiaçının uşaqları ilə birlikdə həmin evə köçürülməsinə mane olan hal kimi qiymətləndirilə bilməz. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1452/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi hazırda Qaradağ rayon İcra şöbəsinin icraatındadır. Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədzadə ərizə ilə məhkəməyə müraciət edərək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə istinad etməklə və həmin mənzildə yaşayan Xalfaməd Fətəliyevin tələbkarın köçürüləcəyi otaqla bağlı maneə yaratdığını bildirməklə, icra sənədinə tələbkarın köçürüləcəyi evin hissəsi ilə bağlı izah verilməsini xahiş etmişdir. Məhkəmə, ərizəni, ona əlavə edilmiş sənədləri və iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1452/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən verilmiş icra vərəqəsində aydın şəkildə qeyd olunmuşdur ki, iddiaçı Tələbkar uşaqları xx.xx.2010-cu il təvəllüdlü Borclu1, xx.xx.2012-ci il təvəllüdlü Borclu2, xx.xx.2016-cı il təvəllüdlü Borclu3 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Yeni yaşayış massivi 2, küçə 6, 9 saylı evə köçürülməlidir. Qətnamə mənzilə köçürülmə barədə iddia tələbi ilə bağlı olmuş, qətnamə ilə iddiaçının uşaqları ilə birlikdə həmin mənzildə sərbəst yaşamaq hüququnun olduğu müəyyən edilmiş, mənzildən istifadə qaydaları barədə hər hansı tələb irəli sürülməmiş və məhkəmə baxışının predmeti olmamışdır. Digər tərəfdən, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-2735/2021 saylı qərarı ilə müəyyən edilmişdir ki, mübahisəli evin üçüncü şəxs Xalfaməd Fətəliyevə satılması və hazırda onun ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşaması üçün hər hansı hüquqi əsas mövcud deyildir və qeyd olunan hal iddiaçının uşaqları ilə birlikdə həmin evə köçürülməsinə mane olan hal kimi qiymətləndirilə bilməz. Həmçinin, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-852/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən, qətnamənin icrasına mane olan X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat cərimə edilməsi qərara alınmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə müəyyən edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, icra sənədində göstərilmiş tələb konkret və aydındır, ərizədə tələb olunan izah isə həmin qətnamənin dəyişdirilməsinə və məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə gətirib çıxara bilər, eyni zamanda hər hansı şəxsin icra sənədinin icrasına mane olmağa hüququ yoxdur. İcra məmuru qüvvədə olan məhkəmə aktının icrası üzrə qanunamüvafiq tədbirlər görməli olduğu halda, əsassız olaraq izah barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır, icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarının 14-cü bəndinə əsasən, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 13.4, 152.1.2, 152.1.7, 262-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədzadənin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1452/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinin izah olunması barədə ərizəsi və ona əlavə edilmiş sənədlər Qaradağ rayon İcra Şöbəsinə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №8(002)-66/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-66/2023
23.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver