Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-66/2024 18.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X3 oğlunun katibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X1 iştirakı ilə. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-465/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinin İ dərəcəli ədliyyə qulluqçusu X2 tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinin İ dərəcəli ədliyyə qulluqçusu X2 təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-465/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 9423,88 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi icraata 28.11,2023-cü il tarixdə daxil olmuş və tələbin könüllü icrası haqqında borcluya bildiriş və qərar göndərilmişdir. Başlanılmış icraat üzrə ötən dövrdə Borclu məhkəmə qərarının icrasından yayınmışdır. Borclu icra şöbəsinə dəvət olunsa da o icra məmurunun çağırışlarına məhəl qoymayaraq şöbəyə gəlməkdən və məhkəmə qərarının icrasından qəsdən yayınmış, həmçinin bu günə qədər borcundan ödəniş etməmişdir. Əldə etdiyi məlumata əsasən borclunun ölkə xaricinə çıxma ehtimalı vardır. Borclu borcundan bu günə ödəniş etməmişdir. Göstərilənlərə əsasən və "icra haqqında" Azərbaycan Respublikası Qanunun 84-1-ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüquqlarını müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş edir. İcra məmuru X2 məhkəmə iclasında iştirak edərək, borclunun heç bir ödəniş etmədiyini, tələbin könüllü icrası bildirişini aldığını, adına heç bir əmlak çıxmadığını bildirmiş və təqdimatın təmin edilməsini xahiş etmişdir. Borclu və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaq, borclu və tələbkar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən təqdimata borclu və tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri, eləcə də təqdimat üzrə 264721/2023-34-4-004 nömrəli icra işinin materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olmaqla təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmə qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimata əsasən 2.1-ci maddəsinə əsasən, məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Təlimatın 2.2-ci maddəsinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər...2.2.2. icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; 2.2.3. borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. İcra haqqında qanunvericiliyin tələbindən və işin faktiki hallarından göründüyü kimi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tədbirinin tətbiqi əsasları hazırkı halda mövcuddur. Belə ki, icra işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən müəyyən edilir ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-465/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 9423,88 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASCnin xeyrinə ödənilməlidir. İcra sənədi icraata 28.11,2023-cü il tarixdə daxil olmuş və tələbin könüllü icrası haqqında borcluya bildiriş və qərar göndərilmişdir. Başlanılmış icraat üzrə ötən dövrdə Borclu məhkəmə qərarının icrasından yayınmışdır. Borclu icra şöbəsinə dəvət olunsa da o icra məmurunun çağırışlarına məhəl qoymayaraq şöbəyə gəlməkdən və məhkəmə qərarının icrasından qəsdən yayınmış, həmçinin bu günə qədər borcundan ödəniş etməmişdir. Əldə etdiyi məlumata əsasən borclunun ölkə xaricinə çıxma ehtimalı vardır. Borclu borcundan bu günə ödəniş etməmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən və məhkəmənin sorğusuna əsasən təqdim edilmiş e114749/2022-34-199-004 nömrəli İcra İşinin materiallarından aydın olur ki, Borclu icra sənədi barədə məlumatlıdır, icra sənədini üzrsüz səbəbdən uzun müddətdir icra etmir. Göstərilənlərdən aydın olur ki, İcra haqqında Qanunun 84-cü maddəsinə əsasən, icra məmurunun qanuni tələblərinin yerinə yetirilmədiyi, o cümlədən qərarların icra olunmaması halında barəsində müvafiq icra tədbirlərinin görüləcəyi barədə ona xəbərdarlıq edilmiş, bunlara baxmayaraq borclu icra sənədinin icrasından bu günədək üzrsüz səbəbdən yayınmışdır. Məhkəmə qeyd olunan icra sənədindən məlumatlı olan borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması halını, məhkəmə qərarının uzun müddət icrasız qalmasını, icra məmuru tərəfindən görülmüş tədbirlərin nəticə verməməsini, “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatda qeyd edilən əsasların hazırkı işdə yaranmasını nəzərə alaraq və tələbkarın mənafeyini əsas götürərək hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 231, 267-268ci cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1997-ci il təvəllüdlü ünvan 1 ünvanında yaşayan Borclu (FİN xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №8(002)-66/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-66/2024
18.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver