Məhkəmə qərarları › İş №8(002)-72/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-72/2022

31.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-72/2022 31.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Cavabdeh X1 və onun nümayəndəsi vəkili X2 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin MTT(002)-9/2022 saylı, 18.02.2022-ci il tarixli qərardadının (icra sənədinin) izah edilməsinə dair icra məmurunun ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İcra məmuru ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin MTT(002)-9/2022 saylı 18.02.2022-ci il tarixli qərardadının zah verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəfindən verilmiş və 21.02.2022-ci il tarixində icraatında daxil olmuş MTT(002)- 9/2022-002 saylı, 18.02.2022-ci iİ tarixli icra sənədində nəzərdə tutulmuş bağlı tələblər aydın deyildir. Belə ki, 20.08.2020-ci il tarixdə Qobustan Rayon İcra Şöbəsinin icaatına daxil olmuş Qobustan Rayon Məhkəməsinin 2(026)-156/2020 nömrəli, 30.11.2020-ci il tarixli icra sənədi üzrə Qobustan Rayon Məhkəməsinin 2(026)-156/2020 nömrəli, 30.11.2020-ci il tarixli icra sənədi üzrə 10 mart 2012-ci il tarixdə anadan olmuş X10 atası X4 alınıb X8ma verilməldir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin MTT(002)-9/2022 saylı, 18.02.2022-ci il tarixli icra vərəqəsinə əsasən ərizəçi X5 nümayəndəsi və vəkili X11 müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi təmin edilmiş, 10.03.2021-ci il tarixdə anadan olmuş X9 X4 alınaraq anasına verilməsi cavabdehə və digər şəxlərə qadağan edilmişdir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsini rəhbər tutaraq, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin MTT(002)-9/2Q22 saylı, 18.02.2022-ci li tarixli icra vərəqəsinə əsasən 10.03.20212 ci il tarixdə anadan olmuş X9 X4 alınaraq, anasına verilməsi cavabdehə və digər şəxlərə qadağan edilməsi Qobustan Rayon Məhkəməsinin 2(026)-156/2020 nömrəli, 30.11.2020-ci il tarixli icra sənədinin icraatının dayandırılması və qərarın “digər şəxlərə qadağan edilməsi” hissəsində icra məmuruna aid edilməsi kimi başa düşülüb-düşülməməsinə izah edilməsi məsələsinə baxılmasını xahiş edtmişdir. Cavabdeh X6 və onun nümayəndəsi vəkili X7 hər biri ayrı-ayrılıqda izahat verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin MTT(002)-9/2022 saylı, 18.02.2022-ci il tarixli qərardadı yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edildiyindən, icra sənədinin izah edilməsinə dair icra məmurunun ərizəsinın təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etdilər. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçı X5 nümayəndəsi və vəkili X14 izahatında ərizə əsassız olduğundan, onun təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı X5 nümayəndəsinin, cavabdeh X1 və onun nümayəndəsinin izahatını dinləyib, qətnamənin izah edilməsinə dair ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan rədd edilməlidir. Belə ki, Qobustan Rayon Məhkəməsinin 2(026)-156/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdeh X15 oğluna qarşı 10 mart 2012-ci il təvəllüdlü X9 atası X4 alınıb ona verilməsi barədə ilk iddiası təmin edilmiş, X5 X3 qarşı 10 mart 2012-ci il tarixdə anadan olmuş X9 onun himayəsində qalması barədə qarşılıqlı iddia tələbi rədd edilmişdir. Sumqayıt Apeliyasiya Məhkəməmsinin Mülki Kollegiyanın 2(105)-899/2021 saylı 16.02.2021-ci il tarixli qətnaməsi ilə Qobustan Rayon Məhkəməsinin 2(026)-156/2020 saylı 29 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və apeliyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3888/2021 saylı, 14.07.2021-ci il tarixli Qərarı ilə kassasiya şikayəti rədd edilmiş və Sumqayıt Apeliyasiya Məhkəməsinin Mülki Kollegiyanın 2(105)-899/2021 saylı, 16.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin MTT(002)-9/2022 saylı, 18.02.2022-ci i! tarixli qərardadına əsasən iddiaçı X5 nümayəndəsi və vəkili X11 müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi təmin edilmiş, 10.03.2012-ci ildə anadan olmuş X9 X4 alınaraq, anasına verilməsi cavabdehə və digər şəxslərə qadağan edilmişdir. Cavabdeh X1 nümayəndəsi vəkili X7 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli, MTT(002)-9/2022 saylı qərardadından şikayət verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18.02.2022-ci il tarixli, MTT(002)-9/2022 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin MTT(002)-9/2022 saylı, 28 fevral 2022-ci il tarixli, qərardadı ilə şikayət təmin edilməyərək, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının MTT(103)-88/2022 saylı, 30.03.2022-ci il tarixli qərardadı ilə cavabdeh X1 şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin MTT(002)-9/2022 saylı, 18 fevral 2022ci il tarixli qərardadı ləğv olunmuş və iş X5 müvəqqəti təminat tədbirinə dair ərizəsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcllənin 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Həmin Məcəllənin 1.5-ci maddəsinə əsasən Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 230.1. İşə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.3. Qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. 230.5. Qətnamənin izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 14.1. maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.4-cü maddəsinə əsasən icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə icra sənədi üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, izahı tələb olunan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin MTT(002)-9/2022 saylı, 18 fevral 2022-ci il tarixli qərardadı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası MTT(103)-88/2022 saylı, 30.03.2022-ci il tarixli qərardadı ilə ləğv olunmuşdur. Buna görə də Bakı Bəhəri Qaradağ Rayon Məhkəməsinin MTT(002)-9/2022 saylı, 18 fevral 2022-ci il tarixli qərardadına izah verilməsinə zərurət aradan qalxdığından, habelə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin MTT(002)- 9/2022 saylı, 18 fevral 2022-ci il tarixli qərardadının icra sənədi üzrə icraata xitam verilməli olduğundan icra məmurunun icra sənədinin izah edilməsinə dair təqdimatı təmin edilməməlidır. Beləliklə, məhkəmə hesab edir ki, müvafiq məhkəmə qərardadı ləğv edildiyindən, onun izah edilməsinə hər hansı ehtiyac və zərurət aradan qalxdığından müvafiq ərizə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin MTT(002)-9/2022 saylı, 18 fevral 2022-ci il tarixli qərardadının izah edilməsinə dair ərizə təmin edilməsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar