Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-73/2024 27.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Qaradağ rayon icra şöbəsinin icra məmurunun təqdimatına Qaradağ Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin icra məmuru Orxan Göyüşlü təqdimatla məhkəməyə müraciət edərək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığım Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1437/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 6775,13 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir.İcra sənədi icraata xx.xx.2023-cü il tarixdə daxil olmuş və tələbin könüllü icrası haqqında borcluya bildiriş və qərar göndərilmişdir.Başlanılmış icraat üzrə ötən dövrdə Borclu məhkəmə qərarının icrasından yayınmışdır. Borclu icra şöbəsinə dəvət olunsada o icra məmurunun çağırışlarına məhəl qoymayaraq şöbəyə gəlməkdən və məhkəmə qərarının icrasından qəsdən yayınmış, həmçinin bu günə qədər borcundan ödəniş etməmişdir.Əldə etdiyimiz məlumata əsasən borclunun ölkə xaricinə çıxma ehtimalı vardır. Borclu borcundan bu günə ödəniş etməmişdir. İşdə iştirak edən tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və materialı araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş xx.xx.2023-cü il tarixli icraata başlamaq qərarından görünür ki. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1437/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icra işinə başlanılmışdır. Həmin tarixli tələbin könüllü icrasına dair xx.xx.2023-cü il tarixli bildirişindən görünür ki, borcluya həmin icra işi üzrə tələbin 10 gün ərzində icra edilməsi təklif edilmiş və tərəflərə göndərilmişdir. Təqdimata əlavə olunmuş xx.xx.2023-cü il tarixli izahatdan görünür ki , xx.xx.2023cü il tarixdə borclu həmin bildirişi və qərarı rəsmi qaydada əldə edərək, onun barəsində icraatda olan icra işindən məlumatlı olmuşdur. Qeyd olunan qətnamə icra edilməsi üçün Qaradağ Rayon İcra və probasiya şöbəsinə göndərilmiş və icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə, müvafiq icra tədbirləri həyata keçirir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 231, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1437/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən xx.xx.1966-ci ildə Sumqayıt şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Həşimova
Məhkəmə qərarları › İş №8(002)-73/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-73/2024
27.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver